SOCAR-ın zavodu yeni müqavilələr imzaladı
Bakıdakı Neft Emalı Zavodunun modernizasiyası çərçivəsində müqavilə imzalanıb.Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) və “Axens” şirkəti arasında Zavodun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində katalitik krekinq qurğusu üzrə lisenziya və layihələndirmə müqavilələrinin imzalanma mərasimi keçirilib.
Bu barədə "Marja"ya SOCAR-dan bildirilib.
Məlumata görə, mərasimdə Azərbaycan şirkətinin prezidenti Rövnəq Abdullayev, “Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac və digər rəhbər şəxslər iştirak ediblər.
R.Abdullayev deyib: “NEZ-in yenidənqurma və modernizasiyası uğurla davam edir. Layihə çərçivəsində zavodda bir sıra yeni qurğular layihələndirilir və inşa olunur. Bununla əlaqədar, həmin qurğular üzrə lisenziyaların alınması və layihələndirmə xidmətlərinin həyata keçirilməsi məqsədilə əsaslı işlərə başlanılıb. Katalitik krekinq qurğusu üzrə aparılmış araşdırma və müfəssəl qiymətləndirmələrə əsasən, lisenziar olaraq “Axens” şirkəti seçilib. Bu gün imzalanan müqavilələrə əsasən, qısa müddət ərzində qurğu üzrə Texnoloji Layihələndirmə Paketinin hazırlanmasına başlanılacaq. Bununla əlaqədar, “Axens” şirkətinin rəhbərliyini təbrik edir və işlərin icrasında tərəfdaşlarımıza müvəffəqiyyətlər arzulayıram.”
“Axens” şirkətinin baş icraçı direktoru Jean Sentenac nitqində bildirib: “SOCAR ilə əməkdaşlığımızın genişlənməsi bizi məmnun edir. Bu çərçivədə yeni qurğunun inşası üçün lisenziar olaraq seçilməyimiz şirkətimizə göstərilən böyük etimaddır və bu etimada görə SOCAR rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Layihələndirmə işlərinin qısa müddət ərzində yüksək keyfiyyətlə tamamlanması üçün əlimizdən gələni edəcəyik. İnanırıq ki, yeni Katalilik Krekinq qurğusu inşa edildikdən sonra NEZ-in fəaliyyəti daha dayanıqlı və səmərəli olacaq.”
Sonda tərəflərin iştirakı ilə imzalanma mərasimi keçirilib. Sənədi NEZ-in direktoru Bəxtiyar Məmmədov və “Axens”in texnoloji lisenziyaların qobal satışı üzrə kommersiya direktoru Fabien Lundy imzalayıblar.
SOCAR və “Axens” şirkətlərini uzunmüddətli əməkdaşlıq əlaqələri bağlayır. Hazırda NEZ-in yenidən qurulması layihəsi çərçivəsində Dizel Hidrotəmizlənmə, Benzin Hidrotəmizlənmə və C4 (butan-butilen) fraksiyasının hidrogenləşmə qurğuları, habelə “Azərikimya” İstehsalat Birliyində həyata keçirilən yenidənqurma işləri çərçivəsində C3 (propan-propilen) fraksıyasının hidrogenləşmə qurğusu və Türkiyədə inşa edilmiş “STAR” neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilib.
NEZ-in modernizasiyası üzrə layihələrin müvəffəqiyyətlə həyata keçirilməsinə, o cümlədən lisenziyalı texnoloji qurğuların istismarına töhfə vermək məqsədilə, SOCAR və “Axens” arasındakı əməkdaşlıq çərçivəsində mühəndislər “Axens” şirkətində təşkil olunan təlimlərdə iştirak edirlər. Bu təlimlər enerji səmərəliliyi və dayanıqlığının təmin edilməsi sahəsində mütəxəssislərin bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Bir müddət öncə “SOCAR Türkiyə”nin AR-GE Tədiqat Mərkəzi ilə “Axens” arasında təqiqat sahəsində əməkdaşlıq imkanlarının və ortaq maraq dairələrinin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb





















