Səfər Mehdiyev: “Bəyannamənin Risk Direktivi” layihəsi test edilmək üçün hazırdır
İdxal, ixrac əməliyyatlarını həyata keçirən yük avtomobillərinin risk əsaslı avtomatlaşdırılmış sistem vasitəsilə keçidinin təmini üçün sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb, hazırda test olunaraq mərhələli tətbiq edilir.
Marja xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb.
Sədr qeyd edib ki, idxal mallarına dair təqdim olunan gömrük bəyannamələri üzrə tətbiq ediləcək gömrük nəzarəti formasının seçilməsi məqsədilə risk ehtimalı yaradan göstəricilər üzrə avtomatlaşdırılmış “Bəyannamənin Risk Direktivi” layihəsi test edilmək üçün hazırdır.
"http://e.customs.gov.az portalında “Açıq məlumatlar” bölməsi yaradılıb. Bu bölmə vasitəsilə müraciət formaları, daşıma şirkətləri üçün müvafiq məlumatların portala yüklənmə qaydaları, DGK-nin elektron sistemlərində istifadə olunan təsnifatlar əldə edilir", - Səfər Mehdiyev bildirib.
Komitənin sədri qeyd edib ki, “Astara” gömrük postunun ərazisində yük maşınlarının yoxlanılması üçün “NUCTECH PB2028TD Fixed Scanner” rentgen qurğusunun, “Astara” dəmir yolu gömrük postunda “HCVT-60” tipli X-RAY rentgen-nəzarət qurğusunun tikintisi və quraşdırılması işləri yekunlaşıb.
Dünən Səfər Mehdiyev bildirmişdi ki, ötən il ərzində risk göstəriciləri əsasında toplam 671 gömrük bəyannaməsi üzrə riskli əməliyyatlar aşkar edilərək nəticədə 10 milyon 653 min 684 manatın dövlət büdcəsinə ödənilməsi təmin olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)



.jpg)
