“Deutsche Bank”ın xalis mənfəəti 10 illik maksimumu yeniləyib
Almaniyanın ən böyük banklarından biri “Deutsche Bank” ötən ili 2,5 milyard avro xalis mənfəətlə başa vurub.
Xarici mətbuat xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 2,387 milyard avro və ya 22,1 dəfə çoxdur. Bununla da, bankın xalis mənfəəti 10 illik maksimumu yeniləyib.
Ötən il “Deutsche Bank”ın investisiya bankçılıq bölməsinin gəliri 2020-ci illə müqayisədə 4 % artaraq 9,6 milyard avroya, xalis gəlirləri isə 6% artaraq 25,4 milyard avroya çatıb.
Bundan başqa, “Deutsche Bank” 300 milyon avroluq səhmləri geri alacağını və 2021-ci il üçün dividendlər ödəyəcəyini açıqlayıb. Səhm başına 0,20 avro dividend təyin edən bank, səhmlərinin geri alınmasını 2022-ci ilin ilk yarısında tamamlayacaq.
Qeyd edək ki, 2018-ci ilin sonuna bankın 91 737 işçisi olsa da, ötən ilin sonuna bu rəqəm 83 mindən aşağı düşüb.
Xatırladaq ki, “Deutsche Bank” 2019-cu ildə geniş restrukturizasiyadan keçəcəyini və 2022-ci ilə qədər 18 000 işçini işdən çıxaracağını açıqlamışdı.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













.jpg)



