FED “çap edilmiş” dollarları geri yığacaq
Amerika Mərkəzi Bankı (FED) pandemiya başlayandan sonra “çap edilmiş” dollarları faktiki olaraq geri yığqaraq balansını azaltma prosesinə başlamağı planlaşdırır.
Marja xəbər verir ki, 2020-ci ilin mart ayından etibarən FED, ABŞ xəzinə istiqrazları və ipoteka istiqrazları da daxil olmaqla aktivləri satın alaraq sistemə 4,4 trilyon dollar köçürüb. FED-in balansı rekord həddə - 8,8 trilyon dollara çatıb və onun artması prosesi azalan sürətlə də olsa, hazırda davam edir: dekabrda 90 milyard, yanvarda 60 milyard, fevralda 30 milyard dollar.
Mart ayında FED-in "mətbəəsi" dayanacaq, sonra isə əməliyyatlar tərsinə çevriləcək. “Kəmiyyət sərtləşdirməsi (Quantitative tightening -QT) faiz dərəcəsi artımı dövrü başlayandan sonra başlayacaq”, -Çərşənbə günü FED Açıq Bazar Komitəsinin iclasının yekunlarına dair açıqlamasında bildirib.
Fed rəhbəri Jerome Paull mətbuat konfransında bildirib ki, ABŞ iqtisadiyyatı güclənib və artıq FED-in güclü dəstəyinə ehtiyac yoxdur.
“Fyuçers bazarı 2022-ci ildə FED-in dörd dəfə faiz artırılacağını ehtimal edir. Lakin 1980-ci illərin əvvəllərindən bəri ilk dəfə olaraq 7%-ə qədər sürətlənən inflyasiyanı nəzərə alsaq, say daha çox ola bilər və ya ilk addımda - mart ayında faizin dərhal 0,50 bənd artırılması mümkündür”, - ING analitikləri yazır.
Bank hesab edir ki, Fed balansın azaldılmasına çox güman ki, yayda başlayacaq.
“Goldman Sachs” balansın azaldılmasının ümumi həcminin 2-2,5 trilyon dollar olacağını proqnozlaşdırır. Başqa sözlə, “çap edilmiş” dollar təklifinin yarısı sistemdən çıxarılacaq.
Üstəlik, bu vəsaitlərin çıxarılmasının sürəti əhəmiyyətli olacaq - ayda 100 milyard dollara qədər və ya daha çox ola bilər.
Analitiklər bildirirlər ki, FED-in balansı 6 trilyon dollara qədər azalacaq və ABŞ ÜDM-nin 20%-nə bərabər olacaq (hazırda ÜDM-in 36%-nə qarşı).
FED-in nə dərəcədə qətiyyətli hərəkət edəcəyi sual olaraq qalır. Yumşaq seçim balansda alınmış qiymətli kağızların müddəti bitənə qədər gözləməkdir. “Nomura” hesab edir ki, bu halda, əksər aylarda balansı 60-70 milyard dollardan çox azaltmaq mümkün olmayacaq.
Sərt ssenari FED-in balansından aktivlərin bazara satılmasıdır.
ING-nin məlumatına görə, Fed bu il dörd dəfə, gələn il də eyni sayda faiz artıra bilər. Bu, ABŞ Mərkəzi Bankının 2 illik müddət ərzində borclanma xərclərini 16 dəfə artırdığı 2004-cü ildən bəri ən kəskin faiz artırılması dövrü olacaq.
ING-nin məlumatına görə, bu, dolların möhkəmlənməsilə nəticələnəcək. FED-in iclasının sonunda ABŞ valyutasının indeksi artıq altı ay ərzində maksimumunu yeniləyib (97,2 bənd), ABŞ dövlət istiqrazlarının gəlirliliyi də yüksəlib (5 illik qiymətli kağızlar üzrə 1,69%, 10 illik qiymətli kağızlar üzrə 1,87%).
Balansın azalmasına gəlincə, bu, tarixdə görünməmiş bir vəziyyət ola bilər. Son 20 ildə FED cəmi bir dəfə, 2017-19-cu illərdə cəmi 700 milyard dollar həcmində balansın azaldılması həyata keçirib. Daha sonra FED rəhbəri keçmiş prezident Donald Trampın tənqidinə tuş gəlib, o, Paueli səriştəsizlikdə ittiham edib və hətta onu işdən çıxarmaq fikrinə düşüb.
Bu dəfə Pauell yenidən “günah keçisi” olmaq təhlükəsi ilə üz-üzədir: ABŞ iqtisadiyyatı yavaşlayır və Baydenin reytinqləri aşağı səviyyələri yeniləyir (“Pew” araşdırma sorğusuna görə, Yanvarda 41%).
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
8 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
-
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 27 d. əvvəl
-
28 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL























