2-ci SOCAR İstiqrazları üzrə ilk gəlirlər ödənildi
100 milyon dollar həcmində emissiya edilən, 400 milyon dollara yaxın tələb görən 2-ci SOCAR İstiqrazlarının ilk faiz ödənişi 1 fevral tarixində baş tutdu və sahiblərinə 1 milyon 125 min dollarlıq gəlir qazandırdı.
“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti $1000, tədavül müddəti 5 il, illik gəlirliliyi 4.5% olan və kupon gəlirləri 3 aylıq qrafiklərlə ödənilən yeni SOCAR İstiqrazlarının $1.125 milyonluq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
Sadəcə ilk 3 aylıq müddət ərzində təkrar bazar əməliyyatları həcminin $17 milyona çatması, bağlanmış əqd sayının 100-ü ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilməsi və bu günə qədərki ən yüksək qiymət olan (1-ci SOCAR İstiqrazları da daxil) 1090 dollardan alqı–satqı əməliyyatlarının baş tutması yeni SOCAR İstiqrazlarına olan yüksək tələbatın artaraq davam etməsindən xəbər verir.
SOCAR İstiqrazlarının sahibləri uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15%-lə Manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 4.5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-dək enmiş olur.
1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2022-ci ilin 1 may tarixində baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
24 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb






.jpg)










.jpg)





