“Bank VTB Azərbaycan”ın fəaliyyətini davam etdirməsi səhmdarların dəstəyindən asılıdır"
“2015-ci ildə Manatın devalvasiyasından sonra Azərbaycanın bank sektoru likvidliyin pisləşməsi və kredit şərtlərinin sərtləşməsi kimi bir neçə mənfi iqtisadi şəraitlərin təsirinə məruz qalmışdır. Nəticədə “Bank VTB Azərbaycan”ın 31 Dekabr 2016-cı il başa çatan il üzrə 141 milyon 7 min manat və son 3 il üzrə cəmi 179 milyon 52 min manat məbləğində yığılmış zərəri olmuşdur”.
“Marja” xəbər verir ki, bu “Ernst & Young” şirkətinin təsdiqlədiyi “Bank VTB Azərbaycan”ın 2016-cı il üzrə hesabatında deyilir.
“Ernst & Young” hesabatda qeyd edib ki, Bankın fəaliyyətini davam etdirmək qabiliyyəti səhmdarların gələcək dəstəyindən asılıdır:
“Bankın səhmlərinin nəzarət paketinin sahibi olan “Bank VTB Russia” QSC Bankın yerli prudensial normaları və minimal kapital tələblərini yerinə yetirilməsini təmin etmək üçün kapital qoyuluşu və kredit də daxil olmaqla Bankı maliyyə dəstəyi ilə təmin etməyə hazırdır. 2016-cı ilin İyun ayında Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış tədbirlər planına uyğun olaraq Bank kapitalın adekvatlığı əmsalını pozmamaq məqsədilə “Bank VTB Russia”dan və ümumi nəzarət altında olan bir müəssisədən 110 milyon 669 min manat məbləğində zəmanət depoziti almışdır. Bu depozit kapital artırıldığı və yuxarıdakı tələblərə əməl edildiyi halda azad ediləcək”.
Xəbər verdiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı Azərbaycanın 5 bankının nəzarət altında olduğunu açıqlamışdı: “Hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir”.
Ötən ilin sonuna olan məlumat görə, zərər kapitalını sildiyindən “Bank VTB Azərbaycan”ın kapitalsız qalıb. Tələblərə görə, məcmu kapitalı 50 milyon manatdan aşağı düşmüş Bankın lisenziyası dayandırıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






.jpg)


