Mikayıl Cabbarov İtaliya şirkətlərini fəal əməkdaşlığa dəvət etdi
İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak üçün ölkəmizdə səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ilə görüşüb.
İqtisadiyyat naziri ölkələrimiz arasında əməkdaşlığın uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, 2020-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verib.
İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollara yaxın olub. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. Nazir diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin 31 dekabrında tam istismara verilmiş Cənub Qaz Dəhlizi Azərbaycanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.
Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti vurğulanıb, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.
Xanım Vannia Qava enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələrin önəmini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, kənd təsərrüfatında İtaliya texnologiyalarından istifadə, alternativ enerji, azad olunmuş torpaqlarımızda su elektrik stansiyasının tikintisi və s. istiqamətlər üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)

