Azərbaycanın sığorta bazarına kimlər nəzarət edir?
Hazırda Azərbaycanda 21 sığorta şirkəti fəaliyyət göstərir. Bunlardan biri "Azərsığorta" - Dövlət Sığorta Kommersiya Şirkətidir, adından da göründüyü kimi dövlətə məxsusdur. Qalan 20 sığorta şirkətinin səhmdarları isə 34 fiziki və 27 hüquqi şəxsdir.
№
| Sığorta şirkətinin adı | Şirkətin səhmdarları | |
Fiziki şəxslər | Hüquqi şəxslər | ||
1 | "A-Qrup Sığorta" | Adnayev Sabir Adna oğlu | Yoxdur |
2 | "AXA Mbask Sığorta" | Yoxdur | Fransanın “AXA” sığorta qrupunun İspaniyadakı törəmə cəmiyyəti - "AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” |
3 | "Atasığorta" | Yoxdur | "Ata Holdinq" |
4 | "Atəşgah Həyat Sığorta" | Yoxdur | "Ran-Eksim" şirkəti |
5 | "Atəşgah Sığorta" | Yoxdur | "İSR Holdinq" (63%), "Ran-Eksim" şirkəti (27%), SOCAR (10%) |
6 | "Azsığorta" | İsmayılov Hikmət Abuzər oğlu | Yoxdur |
7 | "Azərbaycan Sənaye Sığorta" | Yoxdur | "Anadolu Investment Company" (75%), "Azərbaycan Sənaye Bankı" (25%) |
8 | "Azərsığorta" | Yoxdur | Yoxdur |
9 | "Bakı Sığorta" | Rəhimov Murad Arif oğlu, Nəsəfov Behbud Çingiz oğlu | "Bank Respublika", "Diamond Motors" şirkəti, "Subaru Azərbaycan" şirkəti, "Yenimotor" şirkəti |
10 | "Başak İnam Sığorta" | Həsənova Səbinə Akif qızı (15,83%), Kərimov Arif Əkbər oğlu (15,21%), Həsənov Orxan Qara oğlu (10,14%), adları açıqlanmayan 14 nəfər (8,1%) | "Azər-Türk Bank" (5%), "Turanbank" (7,14%), "Zaminbank" (24,24%), Türkiyənin "Qrupama" anonim şirkəti (14%), "Aqrarkredit" (0,34%) |
11 | "Günay Sığorta" | Şirinova Yeganə Məmməd qızı (71,94%), Məmmədova Xanım Nadir qızı (11,45% | "Günaybank" (16,61%) |
12 | "Meqa Sığorta" | Əliyev Rauf Zeynal oğlu (19%), Əliyev Zeynal Hacıməmməd oğlu (19%), İsmayılova Nəzakət Zakir qızı (19%), Quliyev Zaur Zakir oğlu (19%), Qurbanov Yaşar Feyzi oğlu (15%), İsmayılov Əli Eldar oğlu (9%) | Yoxdur |
13 | "PAŞA Həyat Sığorta" | Yoxdur | "PAŞA Holdinq" |
14 | "PAŞA Sığorta" | Yoxdur | "PAŞA Holdinq" |
15 | "Qala Həyat Sığorta" | Mahmudov Nizami Məmməd oğlu (11,43%) | "AzRe Təkrarsığorta" şirkəti (88,57%) |
16 | "Rəvan Sığorta" | Yoxdur | "Nurgun Group" (holdinq - 49,1%), "Nurgun Motors" şirkəti (42,36%), "NBC Bank" 8,54%) |
17 | "Standard Insurance" | Yoxdur | "AB Standard" (holdinq) |
18 | "Xalq Sığorta" | Yoxdur | "Ideal Business Сo." şirkəti (50%), "Yevro Standart" şirkəti (50%) |
19 | "Qala Sığorta" | Yoxdur | "AzRe Təkrarsığorta" |
20 | "İpək Yolu Sığorta" | Əsgərova Cəmilə Cahangir qızı (38,7%), Əsgərova Məlahət Cahangir qızı (38,7%), | "Silk Vey Aviaşirkəti" (19%), AZAL (3,6%) |
21 | "Amrah Sığorta" | İldırımzadə Yunis Əli oğlu (85%), İldırımzadə Əmrah Yunis oğlu (15%) | Yoxdur |
Cədvəldən göründüyü kimi, sığorta bazarında pay sahibi olan hüquqi şəxslər arasında Azərbaycanın 7 kommersiya bankı ("Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Azər-Türk Bank", "Turanbank", "Zaminbank", "Günaybank", "NBC Bank") ilə yanaşı, 1 bank olmayan kredit təşkilatı ("Aqrarkredit"), 5 holdinq ("Ata Holdinq", "İSR Holdinq", "PAŞA Holdinq", "Nurgun Group", "AB Standard"), Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Hava Yolları" şirkəti (AZAL), "AzRe Təkrarsığorta" şirkəti, əlavə olaraq 11 yerli və xarici şirkət var. Bunlardan bəziləri bank sektorunda paya malikdir.
Məsələn, "Ataholdinq" "Atabank"ın səhmlərinin 76%-nə, "İSR Holdinq" "Nikoil Bank"ın səhmlərinin 0,19%-nə, "Anadolu Investment Company" "Azərbaycan Sənaye Bankı"nın səhmlərinin 94,25%-nə, "PAŞA Holdinq" "PAŞA Bank"ın səhmlərinin 60%-nə, "Nurgun Group" "NBC Bank"ın səhmlərinin 6,02%-nə, "Yevro Standart" şirkəti isə "Xalq Bank"ın səhmlərinin 33,85%-nə, "Bank Avrasiya"nın səhmlərinin isə 37,5%-nə nəzarət edir.
Sığorta şirkətlərinin səhmdarları olan fiziki şəxslər arasında da bank səhmdarları var. Məsələn, "Azsığorta"nın 100%-lik səhmdarı İsmayılov Hikmət Abuzər oğlu "Bank of Baku"nun səhmlərinin 31,11%-nə, "Günay Sığorta"nın 71,94%-lik səhmdarı "Günaybank"ın səhmlərinin 38,94%-nə, "Meqa Sığorta"nın 15%-lik səhmdarı Qurbanov Yaşar Feyzi oğlu "Rabitəbank"ın səhmlərinin 11,34%-nə, "Amrah Sığorta"nın 85%-lik səhmdarı İldırımzadə Yunis Əli oğlu "Amrahbank"ın səhmlərinin 53,16%-nə, şirkətin 15%-lik səhmdarı İldırımzadə Əmrah Yunis oğlu isə "Amrahbank"ın səhmlərinin 0,33%-nə sahibdir.
Sığorta bazarında pay sahibi olan fiziki şəxslərin bəziləri sığorta şirkətlərində rəhbər vəzifə tutur. Məsələn, "A-Qrup Sığorta"nın 100%-lik səhmdarı Adnayev Sabir Adna oğlu, "Başak İnam Sığorta"nın 15,21%-lik səhmdarı Kərimov Akif Əkbər oğlu, "Meqa Sığorta"nın 15%-lik səhmdarı Qurbanov Yaşar Feyzi oğlu, "Amrah Sığorta"nın 85%-lim səhmdarı İldırımzadə Yunis Əli oğlu adı çəkilən şirkətlərdə Direktorlar Şurasının sədri vəzifəsindədirlər. Bundan başqa, "Başak İnam Sığorta"nın 10,14%-lik səhmdarı Həsənov Orxan Qara oğlu şirkətin İdarə Heyətinin sədri, "Amrah Sığorta"nın 15%-lik səhmdarları İldırımzadə Əmrah Yunis oğlu isə şirkətin Direktorlar Şurasının üzvüdür.
Daha bir maraqlı məqam isə "İpək Yolu Sığorta"da hər biri 38,7%-lik paya malik olan Əsgərova Cəmilə Cahangir qızı və Əsgərova Məlahət Cahangir qızı ilə bağlıdır. Bacı olan bu şəxslər adı çəkilən şirkətin 3,6%-lik səhmdarı - AZAL-ın rəhbəri Cahangir Əsgərovun qızlarıdır.
Azərbaycanda təkrarsığorta ilə məşğul olan yeganə şirkət - "AzRe Təkrarsığorta"nın səhmdarları isə 6 fiziki şəxsdir. Amma onların adları açıqlanmır.
Qeyd: Yazı sığorta şirkətlərinin və kommersiya banklarının rəsmi internet səhifələrində, həmçinin Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş maliyyə hesabatlarından istifadə edilməklə hazırlanıb.
Mənbə: Contact
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 45 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
AMB ödəniş kartlarının təhlükəsizliyinə dair məcburi standartlar tətbiq edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
İsrail-Livan atəşkəsindən sonra neft ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
“ABB-İnvest” 2025-ci ili 2,35 milyon manat mənfəətlə başa vurub - Aktivləri 30 milyon manatı keçib, kapitalı 40% artıb
“ATL TECH” 2025-ci ili mənfəət ilə başa vurub
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İspaniyanın nüfuzlu IE Universiteti Azərbaycanda PAŞA Holding və SOCAR-ın dəstəyi ilə “Global MBA” proqramına qəbul elan edir
“BQ” ASC-nin səhmləri abunə yazılışı üsulu ilə yerləşdiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Capital Partners”in gəlirləri 78%, xalis mənfəəti 15% artıb
Bəzi ərazilərə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib

















.jpg)



