Bakıda xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş konqres keçiriləcək
5 mart 2022-ci il tarixində Bakı şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlara həsr olunmuş 4-cü “Fərqli Fərdlər” konqresi keçiriləcək.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, “Fərqli Fərdlər” bu il də xüsusi qayğıya ehtiyacı olan insanlara hər zaman qayğı və diqqət göstərən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) Sosial Xidmətlər Agentliyi, Ombudsman Aparatı və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.
“Fərqli Fərdlər” konqresinin qızıl sponsoru bp şirkətidir. “PMD Group” gümüş sponsor, “Holcim Azərbaycan” şirkəti isə bürünc sponsor kimi çıxış edir. Tədbir həmçinin Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), “CTS Translation”, “Black & Black Studio”, “Credo Group” və “AzExpoMontage” şirkətləri tərəfindən dəstəklənir. Hər zaman olduğu kimi bu dəfə də “Ümid var” xeyriyyə cəmiyyətinin rəqs qrupu öz iştirakları ilə tədbirə rəng qatacaqlar. Konqresin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur.
Spiker qismində tanınmış yerli və aparıcı beynəlxalq ekspertlər, ABŞ, Azərbaycan, İsrail, Latviya, Rusiya, Türkiyə, Ukrayna, Yunanıstan və başqa ölkələrdən olan pedaqoq və metodistlər, həkimlər, psixoloq və psixoterapevtlər, xüsusi qayğıya ehtiyacı olan insanlar iştirak edəcəklər. “Fərqli Fərdlər” konqresinin prodüseri “Autistic city” autizmli insanlara dəstək mərkəzinin rəhbəri Antonina Steynberqdir.
Konqresin builki proqramına 5 sessiya daxildir:
• Xüsusi insanların həyatının xüsusiyyətləri
• İnkişaf xüsusiyyətləri - rifah amili kimi ailə dəstəyi
• Xüsusi ehtiyaclar nəzərə alınmaqla səhiyyə xidmətinin əlçatanlığı və keyfiyyəti
• Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün təhsil və karyera
• Xüsusi qayğıya ehtiyacı olan insanlar üçün qabaqcıl texnologiyalar
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanların təhsil proqramları, könüllülük və təcrübə proqramları, istedadların aşkarlanması proqramları, inklüziv işə qəbul, perspektivlər və digər mövzular müzakirə olunacaq.
Konqresdə autizm, diqqət əskikliyi və hiperativlik, daun sindromu müzakirə olunacaq və ilk dəfə olaraq “Uşaq Serebral İflici (USİ): miflərin dağılması” mövzusuna toxunulacaq.
Tədbirdə iştirak etmək üçün linkə daxil olaraq, dəvətnamə əldə edə bilərsiniz: https://ferqliferdler.az/az-register/
Facebook https://www.facebook.com/ferqliferdlercongress və instagram səhifəsində https://www.instagram.com/ferqliferdler/ “Fərqli Fərdlər” ailəsinə qoşulun. Xəbərləri izləyin, müzakirə edin və suallar verin.
Yarandığı müddət ərzində “Fərqli Fərdlər” konqresi dövlət qurumlarının və sponsorların dəstəyi sayəsində bir sıra konkret nəticələrə nail olub:
1. Konqresin təşkilatçıları Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq hava limanında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə proqramın tətbiqi barədə təşəbbüslə çıxış ediblər. Hava limanının rəhbərliyi bu proqrama dəstək verərək layihəni reallaşdırıb. Bakı hava limanı dünyanın ən müasir hava limanlarından biridir və çoxsaylı beynəlxalq sertifikatlar da bunu təsdiq edir. Artıq burada “görünməyən” məhdudiyyəti – autizm, Demensiya və Altsheymer xəstəliyi olan insanlar üçün də xidmətlər mövcuddur. Bu xidmətlərin sayəsində xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün uçuşlar daha rahat və az həyəcanlı olub. Gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı lanyardlar tətbiq edilib.
2. Təşkilat komitəsinin təşəbbüsü ilə Toni Ettvudun “Asperger sindromu üzrə tam təlimat” kitabı rus dilinə tərcümə edilib. Kitabın tərcüməsi və nəşri layihəsinin üzərində işləyən bütün komanda fərqli inkişaf xüsusiyyətləri olan insanlardan ibarətdir. Beləliklə, tərcümə ilə Asperger sindromu olan insanlar - Antonina Steynberq və Aleksey Voskov məşğul olublar. Nəşrin korrektoru- “Rus dili və ədəbiyyatı” üzrə filoloq, filologiya elmləri namizədi, Asperger sindromlu oğlanın anası - Vera Jibuldur. Kitabın cild dizaynının müəllifi autizmli Ayşə Məmmədlidir. Hazırda kitab nəşrə hazırlanır.
3. “Fərqli Fərdlər” konqresi zamanı 300-dən artıq şəxs diaqnostikadan keçmişdir. İştirakçılar beynəlxalq mütəxəssislərdən ödənişsiz məsləhətlər alıb, xüsusi qayğıya ehtiyacı olan fərdlərin yaxınlarının təcrübəsini görüb və çıxışlarını izləyiblər. Xarici spikerlər tədbirdən sonra da yerli mütəxəssislərlə sıx əməkdaşlıq edir. Bundan əlavə, “Fərqli Fərdlər” tədbiri xüsusi maarifləndirici proqramın hazırlanmasına təkan vermişdir.
4. Konqres yeni yaradıcı layihələrin reallaşmasına səbəb oldu: yalnız xüsusi qayğıya ehtiyacı olan insanlardan ibarət bir çox uşaq bədii kollektivlərinə çıxış etmək imkanı verdi, autizm spektr pozuntusu olan gənc qızın ssenarisi əsasında “Zaman maşını” uşaq tamaşası nümayiş etdirildi.
5. Azərbaycanın “BUTALI” zərgərlik brendinin “DOSTUM” adlı ilk uşaq və gənc kolleksiyasının dizayneri də autizmli qızdır.
6. Autizmli uşaqların valideynləri üçün xüsusi dəstək klubu fəaliyyət göstərir. Klub üzvləri hər ay toplaşaraq təhsil, təlim tərbiyə, uşaqların gələcəyi mövzusunda müzakirələr aparır və bir birilərinə dəstək olurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
1 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
1 gün əvvəl
AYNA taksilərlə bağlı qaydaların dəyişdiyinə dair yayılan xəbərlərə aydınlıq gətirib
-
-
1 gün əvvəl
Daha bir neçə avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
-
1 gün əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
1 gün əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 gün əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
İnvestisiya Şirkətinin Müşahidə Şurasının sədri dəyişib
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq





















