Samsung Rusiyaya telefon və çiplərin göndərilməsini dayandırır
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” öz məhsullarının Rusiyaya tədarükünü (göndərilməsini) dayandırır.
Marja xəbər verir ki, bu barədə şənbə günü öz mənbələrinə istinadən "Bloomberg" agentliyi məlumat yayıb. Agentlik buna səbəb kimi “dünyadakı geosiyasi vəziyyət”i göstərib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, xüsusən də smartfon və çiplər istehsal edən elektronika istehsalçısı bütün məhsullarının Rusiyaya çatdırılmasını dayandırıb.
Cənubi Koreyanın Samsung telekommunikasiya şirkəti elektronika, yarımkeçiricilər, telekommunikasiya avadanlıqlarının istehsalında ixtisaslaşıb.
Samsung Rusiyaya tədarükün dayandırılmasını logistika problemləri ilə izah edib
"Cənubi Koreyanın “Samsung” şirkətinin məhsullarının Rusiyaya göndərilməsinin dayandırılması logistik çətinliklərlə bağlıdır". Bu barədə şənbə günü şirkətə istinadən "Yonhap" agentliyi məlumat yayıb.
"Daşıma dayandırılıb, biz Rusiyaya ixrac edə bilmirik. Hazırda yaranmış vəziyyətə reaksiya vermək üçün tədbirlər hazırlanır", - deyə şirkətin açıqlamasında bildirilir.
Agentlik qeyd edir ki, Rusiyadakı Samsung müəssisələri hələlik istehsalda fasilələr barədə məlumat verməyiblər, lakin logistika ilə bağlı problemlər uzanarsa, bu baş verə bilər.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




