Qətərdə Azərbaycanın lavanda və zəfəranına böyük maraq olub, ixraca dair müqavilə imzalanıb
10-14 mart tarixlərində Qətər Dövlətinin Doha şəhərində keçirilmiş 9-cu “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də iştirak etmiş Azərbaycan sahibkarları sərgi zamanı əməkdaşlığa dair bir sıra razılaşmalar əldə edib, müqavilə imzalayıblar. Belə ki, sərgi çərçivəsində alüminiumun təkrar emalı ilə məşğul olan Azərbaycan şirkəti xarici şirkətlə ixraca dair müqavilə imzalayıb.
Azərbaycan pavilyonu və burada nümayiş olunan kənd təsərrüfatı, qida və ətraf mühit sahələri üzrə məhsul və xidmətlərimiz də sərgi ziyarətçiləri tərəfindən maraqla qarşılanıb. Xüsusilə də Bakı, Qəbələ və Cəlilabad rayonlarında fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal olunmuş zəfəran, lavanda və çiyələk məhsullarına maraq böyük olub.
Qeyd edək ki, “Beynəlxalq Kənd Təsərrüfatı və Ətraf Mühit Sərgisi 2022”də İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və ölkəmizin Qətər Dövlətindəki Səfirliyinin koordinatorluğu ilə Azərbaycan pavilyonunda 11 mikro, kiçik və orta sahibkarlıq subyektinin məhsul və xidmətləri nümayiş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















