Hansı banklarda əmanət faizləri daha yüksəkdir? - SİYAHI
Azərbaycandakı banklarının 12 ay müddətinə Manat əmanəti (depozit) faizlərini təqdim edirik.
“Marja.az” araşdırmasına əsasən, 04.04.2022-ci il tarixində 12 ay müddət üzrə ən yüksək əmanət faizlərini Bank VTB Azərbaycan, Günay Bank, AccessBank, Bank BTB, Bank of Baku, Muğanbank, Turanbank, Yelo Bank, Unibank, Expressbank və Rabitəbank təklif edir.
Qeyd edək ki, Azərbaycanda inflyasiya sürətləndiyindən və Mərkəzi Bank uçot dərəcəsini artırdığından bankların əmanət faizlərində də artım müşahidə edilir.
Hazırda məbləği 100 min manatadək, illik faiz dərəcəsi 12%-ədək olan manat əmanətləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Məbləği 100 min manatdan və ya illik faiz dərəcəsi 12%-dən yuxarı olan əmanətlər üzrə sığorta hadisəsi baş verdikdə (bank müflis olduqda, lisenziyası ləğv edildikdə) kompensasiya ödənilmir.
Bankların 1 illik (12 ay) Manat əmanəti üzrə faiz dərəcələri

Qeydlər:
- Cədvəldə faizlərin "hər ay" və "müddətin sonunda" götürülməsindən asılı olaraq 1 illik (12 ay) müddətə qəbul edilən Manat əmanətinin faizləri göstərilib.
- Bir sıra banklar əmanətin məbləğindən və müddətindən asılı olaraq müştəriyə əlavə faiz, bonus, hədiyyələr və imtiyazlar (aşağı faizlə, zaminsiz kredit) təqdim edirlər.
- PAŞA Bankda əmanət üzrə minimal məbləğ Bankın əməkhaqqı sahibləri üçün 20 min manat (region filiallarında 15 min manat), digər müştərilər üçün 30 min manatdır (region filiallarında 20 min manat). Faiz dərəcəsi depozitin valyutası, müddəti və faizlərin alınması sxemindən asılı olaraq təyin olunur.
- Premium Bank-ın əmanət şərtlərinə görə, minimal məbləğ 20 000 AZN/USD/EUR-dur.
- Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik şurasının qərarı ilə Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi AZN üçün illik 12%-dək, xarici valyutalar üzrə illik 2.5%-dək təyin olunmuşdur. 05 aprel 2021-ci il tarixdən isə sığorta hadisəsinin baş verməsi halında hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 (bir yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti













.jpg)









