AccessBank-da yeni İcraçı Direktorlar təyin olunub
Bu gündən etibarən AccessBank-da Mikro və KOBM üzrə İcraçı direktor fəaliyyətə başlayır.
AccessBank-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Mikro və KOBM üzrə İcraçı direktor vəzifəsinə indiyədək Bankın Mikro və Aqro Müştərilər Departamentinin rəhbəri olmuş Renat Hümbətov təyin edilib.
O, 17 ildir ki, AccessBank-da fəaliyyət göstərir. Cənab Hümbətov 2005-ci ildə Bankın sıralarına qoşulub, müxtəlif illərdə AccessBank-ın Qazax və Gəncə filiallarının rəhbəri kimi fəaliyyət göstərib.
Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Ruqiyyə Əliyeva isə AccessBank-ın Maliyyə üzrə İcraçı direktoru təyin edilib. O, AccessBank komandasına 2019-cu ilin dekabr ayında qoşulub və bu təyinatadək Maliyyə Departamentinin rəhbəri vəzifəsində işləyib. AccessBank-dan öncə isə PwC, Azərbaycan Beynəlxalq Bankı və Azerconnect kimi şirkətlərdə audit və maliyyə üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Ruqiyyə Əliyeva ilk ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə dünyanın aparıcı biznes məktəblərindən biri olan “IE Business School”da İcraçı MBA dərəcəsini alıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 24 d. əvvəl
-
- 30 d. əvvəl
- 39 d. əvvəl
-
50 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 54 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)



.jpg)






