Qlobal ərzaq qiymətlərində yeni rekord
FAO-nun Ərzaq Qiymətləri İndeksi aylıq müqayisədə 12,6% artaraq tarixi rekordunu yeniləyib.Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətləri İndeksi fevral ayı ilə müqayisədə mart ayında 12,6% artaraq 159,3 bəndə çatıb.
Marja.az xəbər verir ki, indeks illik müqayisədə isə 33,6% artıb. Beləliklə, İndeks 1990-cı ildə yarandığı gündən bəri yeni tarixi rekorda imza atıb.
Son artım - bitki yağları, taxıl və ət alt indekslərindəki bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb.
FAO-nun Taxıl Qiymətləri İndeksi mart ayında 17,1 faiz artaraq 170,1 bənd təşkil edib ki, bu da 1990-cı ildən bəri rekord göstəricidir. Bu ayın artımı əsasən Ukrayna-Rusiya müharibəsilə əlaqədar olaraq ixracın kəsilməsi nəticəsində buğda qiymətlərinə artan təzyiqdən irəli gəlir. Qara dəniz regionundan gözlənilən ixrac itkisi vəziyyəti daha da pisləşdirib.
FAO Bitki Yağı Qiymətləri İndeksi mart ayında aylıq müqayisədə 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekorda imza atıb. İndeksin kəskin yüksəlməsinə günəbaxan, palma, soya və kolza yağının qiymətlərindəki artım səbəb olub. Beynəlxalq günəbaxan yağının qiymətləri mart ayında Qara dəniz regionunda davam edən münaqişə ilə ixrac tədarükünün azalması səbəbindən əhəmiyyətli dərəcədə artıb.
FAO Süd Məhsullarının Qiymətləri İndeksi aylıq müqayisədə 2,6 faiz, illik müqayisədə 23,6% artaraq 145,2 bənd təşkil edib. Beləliklə, indeks ardıcıl yeddinci ay yüksəlişini davam etdirib. Qərbi Avropa və Okeaniyada qlobal tələbatı ödəmək üçün kifayət qədər süd istehsalının olmaması səbəbindən süd məhsullarının qiymətlərində artım tendensiyası davam etmişdir.
FAO-nun Ət Qiymətləri İndeksi mart ayında aylıq 4,8 faiz artaraq 120 bənd təşkil edərək, bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Mart ayında donuz əti qiymətləri, Qərbi Avropada ətlik donuzlarının çatışmazlığı və daxili tələbatın artmasına dəstək verən qarşıdan gələn Pasxa bayramları kimi amillərin təsiri ilə 1995-ci ildən bəri rekord səviyyəyə çatan aylıq artımı qeyd edib.
Beynəlxalq quş ətinin qiymətləri, davam edən münaqişə səbəbindən Ukraynadan və quş qripi epidemiyası ilə əlaqədar olaraq əsas ixracatçı ölkələrdən ixracın azalması ilə sürətlənib.
Qlobal tələb güclü olaraq qalarkən, bəzi əsas istehsal edən regionlardan mal ətinin tədarükünün zəifləməsilə mal ətinin qiymətləri də yüksəlib.
FAO-nun Şəkər Qiyməti İndeksi mart ayında əvvəlki 3 aylıq enişi başa vuraraq, aylıq 6,7 faiz artaraq 117,9 bənd təşkil edib. İllik müqayisədə artım 20% təşkil edib. Mart ayında şəkərin beynəlxalq qiymət kotirovkalarının bərpası əsasən beynəlxalq xam neft qiymətlərinin kəskin artması ilə əlaqədar olub. Bu, öz növbəsində, gələn mövsüm Braziliyada etanol istehsalı üçün şəkər qamışından daha çox istifadə olunacağına dair gözləntiləri artırıb.
Braziliya realının ABŞ dolları qarşısında möhkəmlənməsinin davam etməsi və yerli valyutada aşağı gəlirin istehsalçı satışlarını məhdudlaşdırması tendensiyası şəkərin dünya qiymətlərindəki artımı dəstəkləyib. Bununla belə, əsas şəkər ixracatçısı olan Hindistanda məhsuldar məhsul sayəsində müsbət istehsal perspektivləri qiymət artımlarına məhdudlaşdırıcı təsir göstərmiş və aylıq daha böyük qiymət artımının qarşısını almışdır.
FAO Ərzaq Qiymətləri İndeksi - ərzaq malları səbətinin beynəlxalq qiymətlərində aylıq dəyişikliyi əkls etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Dövlət Agentliyindən "çörəyin bahalaşacağına dair iddialara" cavab
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
DİQQƏT: Pulunu artırmağın yeni yolu var!
AZAL-ın donanmasına daha bir "Airbus A320neo" əlavə olunub
Bir ekositemi ictimai nəqliyyatda xarici kartlar üçün NFC ödənişlərini aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı da faizə toxunmadı
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
Mərkəzi Bank NGFS-yə tamhüquqlu üzv qəbul olunub
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb






.jpg)






.jpg)




