METAK şirkətində vakansiyalar
Plastik boru və fitinqlərin istehsalı ilə məşğul olan METAK şirkəti salatçı, mətbəx köməkçisi və hidravlik-çilingər axtarır.
1. Salatçı
Əmək haqqı: 500-550₼
İş yeri: Bakı - Dərnəgül
Son müraciət tarixi: 05.05.2022
İşin təsviri
- Gündəlik salatların hazırlanması və onların tədarükünü öncədən hazırlamaq;
- Hazırlanan salatların keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
- Salatların çəkilməsi və işçilərə verilməsi;
- Müxtəlif növ salatların hazırlanmasını bacarmalı;
- Komandanın bir üzvü kimi çalışmaq və lazım olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
Tələblər - Aşbaz köməkçisi kimi 3 il iş təcrübəsi;
- Məsuliyyətlilik, səliqəlilik.
İş şəraiti - 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
- Mətbəx köməkçisi
Əmək haqqı: 400-450₼
İş yeri: Bakı - Dərnəgül
Son müraciət tarixi: 05.05.2022
İşin təsviri
- Qazanların, qabların və digər mətbəx avadanlığın əl ilə və qabyuyan maşın vasitəsi ilə yuyulması (450-500 nəfərlik);
- Mətbəxdə təmizliyin saxlanılması;
- Baş aşbazın digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər - Oxşar sahədə iş təcrübəsi 3 ildən az olmamalı;
- Fiziki sağlam, iş həcmindən qorxmayan, cəld;
- Məsuliyyətli, intizamlı, gərgin iş şəraitində işləmək bacarığı olmalı.
İş şəraiti - 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
- Hidravlik-çilingər
Əmək haqqı: 600-800₼
İş yeri: Bakı, Dərnəgül
Son müraciət tarixi: 05.05.2022
İşin təsviri
- Yüksək təzyiq altında çalışan vurma press dəzgahlarının və mürəkkəb formalı maşınqayırma sahəsi üzrə dəzgahların hidravlik sisteminin stabil işini təmin edir;
- Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını, eləcə də dəzgahların hidravlika sahəsinə baxış, texniki sınaq və profilaktik təmir işlərini təmin və təşkil edir;
- Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirir;
- Yağ nasoslarının təmizlənməsini və nasaz olanların dəyişdirilməsini təmin edir;
- Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
- Təkrar soyutma diyircəklərinin yağlanmasını təmin edir;
- Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir.
Tələblər - İş təcrübəsi: 3-5 il;
- Hidravlik və mühərrik sistmeləri üzrə təcrübəsi olan;
- İş planlama və təşkil etmə bacarığı olan;
- Məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik.
İş şəraiti - İş qrafiki: 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Müraciət et.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti


























