"Kapital Bank" maliyyə vəziyyətini açıqladı
"Kapital Bank" ASC 2022-ci ilin 1-ci rübü üzrə (yanvar-mart dövrü) əsas maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Kapital Bank" 2022-ci ilin 1-cü rübünü 50 milyon 405 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ilin 1-ci rübünü 55 milyon 535 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin eyni dövründə 9,2% və ya 5 milyon 130 min manat azalıb. Xalis mənfəəti azalmasının əas səbəbləri xərclərin və mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılan vəsaitin artmasıdır.
GƏLİRLƏRİ ARTIB
"Kapital Bank" faiz gəlirləri 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 25,2% və ya 28 milyon 186 min manat artaraq 139 milyon 950 min manat, qeyri-faiz gəlirləri isə 49,3 % və ya 28 milyon 982 min manat artaraq 87 milyon 744 min manat təşkil edib.
"Kapital Bank" faiz xərcləri 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 25,6% və ya 3 milyon 898 min manat artaraq 19 milyon 137 min manat, qeyri-faiz xərcləri isə 60,4 % və ya 39 milyon 22 min manat artaraq 103 milyon 671 min manat təşkil edib.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin ilk rübündə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 227 milyon 694 min manat, cəmi əməliyyat xərcləri 122 milyon 808 min manat, əməliyyat mənfəəti 104 milyon 886 min manat təşkil edib. 2021-ci ilin ilk rübündə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 170 milyon 526 min manat, cəmi əməliyyat xərcləri 79 milyon 888 min manat, əməliyyat mənfəəti 90 milyon 638 min manat təşkil etmişdi.
2021-ci ilin 1-ci rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə Kapital Bankın cəmi əməliyyat gəlirləri 57 milyon 168 min manat, cəmi əməliyyat xərcləri isə 42 milyon 920 min manat artıb. Əməliyyat gəlirləri əməliyyat xərclərindən daha çox artdığından Bankın əməliyyat mənfəəti 14 milyon 248 min manat yüksək olub.
İlk rübdə mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 38 milyon 800 min manat ayrıldığı və 15 milyon 680 min manat mənfəət vergisi ödənildiyi üçün "Kapital Bank"ın mənfəəti azalıb. 2021-ci ilin eyni dövründə 21 milyon 195 min manat ehtiyatlara ayrılmış və 13 milyon 908 min manat mənfəət vergisi ödəmişdi..
AKTİVLƏRİ 7 MİLYARD MANATA YAXINLAŞIB
"Kapital Bank"ın cəmi aktivləri 2021-ci ilin ilk rübünün sonu ilə müqayisədə 24% və ya 1 milyard 346 milyon 694 min manat artaraq 31 Mart 2022-ci il tarixində 6 milyard 934 milyon 685 min manata çatıb. Bank 31 Mart 2021-ci il tarixində 5 milyard 587 milyon 991 min manat cəmi aktivlərə malik idi.
KREDİT PORTFELİ 3 MİLYARD MANATA YAXINLAŞIB
"Kapital Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 31,29% və ya 690 milyon 368 min manat artaraq 2 milyard 903 milyon 539 manata yüksəlib.
Ötən il Kapital Bank ticarət və investisiya qiymətli kağızlara sərmayəsini 719 milyon 633 min manat artıraraq 1 milyard 712 milyon 70 min manata çatdırıb.
BANKDA ƏHALİNİN ƏMANƏTLƏRİ ARTIB
2021-ci ilin ilk rübünün sonu ilə müqayisədə "Kapital Bank"ın depozit portfeli 34,7% və ya 1 milyard 411 milyon 17 min manat artaraq 31 Mart 2022-ci il tarixində 5 milyard 476 milyon 770 min manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 610 milyon 905 min manat artaraq 1 milyard 655 milyon 331 min manata, hüquqi şəxslərin depozitləri isə 800 milyon 112 min manata artaraq 3 milyard 821 milyon 439 min manata çatıb.
"Kapital Bank" 31 Mart 2022-ci il tarixində 547 milyon 440 min manat məcmu kapitala malik olub. Bank31 dekabr 2021-ci il tarixində 659 milyon 937 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
2 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan kontent istehsalçısı kim olub?
Fevralın 15-də gözlənilən hava şəraiti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir






















