Netflix abunəçilərinin sayında kəskin azalma
Netflix ilin birinci rübündə 200 000 abunəçisini itirib. Şirkətin dünya üzrə ümumi abunəçilərinin sayı 221,6 milyon nəfər təşkil edib. Birinci rübün nəticələrinin açıqlanmasından sonra şirkətin səhmləri 25 faizdən çox ucuzlaşıb.Netflix bu ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, Netflix-in abunəçilərinin sayı 2022-ci ilin birinci rübündə 200 min azalıb.
Hesabata görə ilin ilk rübündə şirkətin gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% artaraq 7,9 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 7,2 milyard dollar təşkil etmişdi.
Şirkətin xalis mənfəəti isə birinci rübdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 1,6 milyard dollar olub. Keçən ilin birinci rübündə Netflix-in xalis mənfəəti 1,7 milyard dollar təşkil etmişdi.
Şirkətin bir səhm üzrə qazancı da eyni dövrdə 3,75 dollardan 3,53 dollara düşüb.
10 ildən artıq müddətdə ilk dəfə abunəçilərin sayı azalıb
Netflix abunəçilərinin sayı ilin birinci rübündə 200 min azalıb. Bu müddət ərzində Netflix-in abunəçilərinin sayının 2,5 milyon artacağı gözlənilirdi. Martın əvvəlində Ukraynaya hücumundan sonra Rusiyadakı xidmətini dayandırmaq qərarı Netflix-in 700 000 üzvünün itirilməsi ilə nəticələnib. Yeni abunəçilərin 500 min artması 700 minlik itkini bağlamağa kifayət etməyib.
Netflix-in dünya üzrə cəmi 221,6 milyon abunəçisi var.
Sonuncu abunəçi itkisini 2011-ci ilin oktyabr ayında açıqlayan Netflix abunəçi itkisinin ilin ikinci rübündə də davam edəcəyini və itkinin 2 milyona çatacağını qeyd edib.
Bu məlumatların fonunda Netflix səhmləri ticarət öncəsi 25,7% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)




.jpg)






