"Bakı Kristal Zalı"nın əsas əməliyyat gəlirləri 23 dəfə azalıb
"Bakı Kristal Zalı" MMC 2021-ci ili 28 min 815 manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2020-ci ili 7 min 204 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə "Bakı Kristal Zalı"nın xalis mənfəəti 4 dəfə artıb. Xalis mənfəətin artması əsas gəlirlərin deyil, dövlət büdcəsindən aldığı vəsaitin hesabınadır.
Marja.az xəbər verir ki, 2020-ci illə müqayisədə 2021-ci ildə "Bakı Kristal Zalı"nın əsas əməliyyat gəlirləri təxminən 23 dəfə azalaraq 131 min 290 manat təşkil edib. Şirkət 2020-ci ildə 2 milyon 980 min manat əsas əməliyyat gəlirləri əldə etmişdi.
Ötən il 2 milyon 900 min manat digər gəlirlər (dövlət büdcəsindən daxil olmuş vəsait) hesabına "Bakı Kristal Zalı"nın cəmi əməliyyat gəlirləri 3 milyon 35 min manat təşkil edib.
2021-ci ildə "Bakı Kristal Zalı"nın cəmi əməliyyat xərcləri 2 milyon 999 min manat təşkil edib. Ötən il şirkət 36 min 18 manat əməliyyat mənfəətindən 7 min 204 manat mənfəət vergisi də ödəyib.
Bakı Kristal Zalı (Baku Crystal Hall) - çoxməqsədli idman-konsert kompleksidir. Bu kompleksdə geniş miqyaslı konsert tədbirləri və idman yarışlarının həm komanda, həm də ayrı növlərini keçirmək üçün nəzərdə tutulub.
Baku Crystal Hall Avroviziya 2012 mahnı müsabiqəsinin keçirilməsi üçün Bakının Dövlət Bayrağı Meydanının ərazisində xüsusi olaraq tikilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)
