PAŞA Bank ilk rübdə kredit portfelini 116 milyon manatdan çox artırıb
2022-ci ilin ilk rübündə PAŞA Bankın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 116 milyon 180 min manat artıb.
Marja.az xəbər verir ki, 2021-ci ilin sonunda Bankın cəmi kredit portfeli 2 milyard 545 milyon 578 min manat ikən, 31 Mart 2022-ci il tarixində 2 milyard 661 milyon 758 min manata çatıb.
Ötən ilin sonundan cari ilin 1-ci rübünün sonunadək ötən dövrdə PAŞA Bankın biznes kreditləri portfeli 84 milyon 624 min manat artaraq 2 milyard 381 milyon 165 min manata, istehlak kreditləri portfeli 23 milyon 839 min manat artaraq 187 milyon 80 min manata, ipoteka kreditləri portfeli isə 7 milyon 717 min manat artaraq 93 milyon 513 min manata çatıb.
Qeyd edək ki, PAŞA Bank ən aşağı biznes kreditləri təklif edən banklardan biridir. Bankın təklif etdiyi biznes kreditləri 11%-dən başlayır.
Xəbər verdiyimiz kimi, Azərbaycanın iri korporativ bankı "PAŞA Bank" ASC 2022-ci ilin yanvar-mart dövrünü 38 milyon 326 min manat xalis mənfəət ilə başa vurub. "PAŞA Bank" 2021-ci ilin eyni dövrünü 18 milyon 786 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 2 dəfədən çox artıb.
2021-ci lin ilk rübündə "PAŞA Bank"ın faiz gəlirləri 63 milyon 562 min manat ikən, 2022-ci ilin eyni dövründə 71 milyon 495 min manat təşkil edib (12,5% artıb). Qeyri-faiz gəlirləri isə 23 milyon 378 min manatdan 26 milyon 309 min manata yüksəlib (12,5% artıb).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







