Rövşən Nəcəf “Uniper” şirkətinin baş icraçı direktoru ilə görüşüb
2022-ci il 28 aprel tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin keçirilmiş 7-ci iclası çərçivəsində SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifələrini müvəqqəti icra edən Rövşən Nəcəfin “Uniper” şirkətinin baş icraçı direktoru Klaus-Diter Maubaxın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü olub.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, birinci vitse-prezident Rövşən Nəcəf SOCAR-ın strukturuna daxil olan “Azərikimya” İstehsalat Birliyi ilə “Uniper” şirkəti arasında əlaqələrdən, o cümlədən mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərindən bəhs etdi, bu xüsusda Əlaqələndirmə Komitəsinin fəaliyyətinin əhəmiyyətinə toxunub. O, birgə layihələrin icrasında “Uniper” şirkətinin müvafiq təcrübəsinin önəmli rolunu qeyd edib.
Azərbaycana ilk səfərindən məmnunluq ifadə edən Klaus-Diter Maubax SOCAR ilə uğurlu əməkdaşlığı yüksək qiymətləndirib və bu biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə SOCAR ilə “Uniper” şirkəti arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə, enerji keçidi, o cümlədən bərpaolunan eneri ilə bağlı mövzulara və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
- 51 d. əvvəl
-
57 d. əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)






.jpg)






.jpg)





