Azərbaycanın ən çox mal ixrac və idxal etdiyi ölkələr
2017-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 93 ölkəyə məhsul ixrac olunmuş, 148 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 7 milyard 8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4 milyard 835,8 milyon dollar, idxalın dəyəri 2 milyard 165,0 milyon dollar təşkil etmiş, nəticədə 2670,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 8,8 faiz artmış, real ifadədə isə 15,2 faiz, o cümlədən ixrac 6,8 faiz, idxal 27,6 faiz azalmışdır.
Ticarət dövriyyəsinin 39,4 faizi Avropa İttifaqı ölkələri, 12,1 faizi MDB üzvü dövlətləri, 48,5 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.
İxracın dəyərinin 23,2 faizi İtaliyaya, 10,8 faizi Türkiyəyə, 5,4 faizi Çinə, hər biri 5,2 faiz olmaqla Portuqaliya və İsrailə, 4,9 faizi Tayvana (Çinin əyaləti), hər biri 4,4 faiz olmaqla Almaniya və Kanadaya, 4,3 faizi Gürcüstana, hər biri 3,4 faiz olmaqla Rusiya və Hindistana, qalan 25,4 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.
İdxal olunmuş məhsulların dəyərinin 18,8 faizi Rusiyanın, 16,6 faizi Türkiyənin, 9,8 faizi Çinin, 5,0 faizi Almaniyanın, 4,5 faizi Ukraynanın, 4,4 faizi ABŞ-ın, 3,8 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,3 faizi İranın, 2,5 faizi Qazaxıstanın, 1,8 faizi Fransanın, 25,8 faizi isə digər ölkələrin payına düşmüşdür.
2017-ci ilin yanvar-aprel aylarında 408,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 22,6 faiz, real ifadədə isə 20,5 faiz çoxdur.
2017-ci ilin yanvar-aprel aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 62,3 faiz, təzə tərəvəz – 74,6 faiz, tütün – 49,5 faiz, çay – 22,1 faiz, meyvə və tərəvəz şirələri – 49,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,0 faiz, meyvə və tərəvəz konservləri – 14,0 faiz, polietilen – 0,3 faiz, pambıq lifi – 5,8 dəfə, bentonit gili – 3,4 dəfə artmış, şəkər ixracı isə 2,1 faiz, bitki yağları – 2,5 faiz, kartof – 27,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 21,5 faiz, emal olunmamış alüminium – 31,5 faiz, qara metallardan borular – 22,3 faiz, qara metallardan yarımfabrikatlar – 67,0 faiz, pambıq ipliyi – 37,5 faiz azalmışdır.
2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə 2017-ci ilin yanvar-aprel aylarında təzə meyvə idxalı 10,7 faiz, çay – 4,1 faiz, quş əti və onun əlavə məhsulları – 2,2 dəfə, mal əti – 2,2 dəfə, minik avtomobilləri – 7,4 faiz, polad prokatı – 6,3 faiz, hesablama maşınları, blok və qurğuları – 2,4 dəfə, mebel – 34,0 faiz, qara metallardan çubuqlar – 0,3 faiz, rezin şinlər – 73,1 faiz, mineral gübrələr – 4,3 dəfə, qara metallardan künclüklər – 38,4 faiz, paltaryuyan maşınlar – 2,2 dəfə, məişət kondisionerləri – 2,3 dəfə, yük avtomobilləri – 81,1 faiz, avtobuslar – 13,0 faiz artmış, buğda idxalı isə 47,6 faiz, xam şəkər və şəkər – 0,9 faiz, bitki yağları – 30,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 3,7 faiz, kartof – 16,0 faiz, təzə tərəvəz – 35,7 faiz, qara metallardan borular – 74,6 faiz, polietilen – 30,8 faiz, sement və sement klinkerləri – 92,1 faiz, məişət soyuducuları – 44,6 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
12 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
12 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















