BƏƏ Azərbaycanda “yaşıl” enerji sahəsində yeni investisiya layihələrində iştirakda maraqlıdır
Energetika naziri Pərviz Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi” çərçivəsində Abu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi Milli Neft Şirkətinin idarəedici direktoru, “Masdar” şirkətinin sədri Sultan Əhməd Əl Caber ilə görüşüb.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə bu ilin mart ayında təməli qoyulan Qaradağ Günəş Elektrik Stansiyasının icrası, Qarabağ bölgəsində, həmçinin Xəzər dənizində, o cümlədən sahilə yaxın adalarda külək və günəş enerjisi layihələri, “yaşıl” hidrogen və enerji səmərəliliyi üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
Azərbaycanın “yaşıl enerji” kursunun həyata keçirilməsində Birləşmiş Ərəb Əmirlikləri və onun qlobal nüfuza malik “Masdar” şirkəti ilə tərəfdaşlıqdan məmnunluq ifadə edilib. Qaradağ Günəş Elektrik Stansiyasının iki ölkə arasında yeni əməkdaşlıq əlaqələrinə yol açdığı qeyd edilib. “Masdar”ın Azərbaycanda irihəcmli külək və günəş enerjisi üzrə investiya layihələrində iştirakda maraqlı olduğu bildirilib.
Söhbət zamanı “yaşıl” investisiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)





.jpg)
