Azərbaycanın sənaye zonalarında rezident şirkətlərin sayı 100-ü keçib
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilibSənaye zonaları ölkənin qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında və əhalinin məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, indiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 mlrd. manatdan çox investisiya yatırılıb və 10000-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 6,5 mlrd.manatdan çox məhsul istehsal edilib, bunun 2,1 mlrd. manatı (təqribən 32 %-i) ixrac olunub.
Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 mln. manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 82,6% (681 mln. manatlıq) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 mln. manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 mln. manat təşkil edib.
2022-ci ilin I rübündə 681 mln. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,8%, qeyri-neft sənaye məhsullarının ixracında 36,3 % (318 mln. manat) olub.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.
Qeyd edək ki, sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 16 d. əvvəl
- 32 d. əvvəl
-
36 d. əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 39 d. əvvəl
- 44 d. əvvəl
-
14 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
15 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Ən çox oxunanlar
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!





















.jpg)
