Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2022-ci ilin aprel ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2046,0 mln. kVt·st təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 23,1 mln. kVt·st, yaxud 1,2 % artması deməkdir.
Aprel ayında elektrik enerjisinin idxalı 10,0 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,1 mln. kVt·st, ixrac isə 11,0 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 36,0 mln. kVt·st azalıb.
Ümumilikdə 2022-ci ilin yanvar-aprel aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 292,2 mln.kVt·st, yəni 3,3 % artaraq 9240,1 mln. kVt·st olub.
Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 232,6 mln. kVt·st artaraq 8621,3 mln. kVt·st, SES-lərdə 52,2 mln. kVt·st artaraq 492,6 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 7,4 mln. kVt·st artaraq 126,2 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 32,2 mln. kVt·st, günəş elektrik stansiyalarında 18,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 76,0 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
4 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 8350,5 mln. kVt·st (İES-lərdə 7887,5 mln. kVt·st, SES-lərdə 463,0 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 116,26 mln. kVt·st (İES-lərdə 73,9 mln. kVt·st, SES-lərdə 25,7 mln. kVt·st, GES-də 16,64 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə 753,2 mln. kVt·st təşkil edib.
2022-ci ilin yanvar-aprel ayları üzrə elektrik enerjisinin ixracı 518,6 mln. kVt·st olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 35,4 mln. kVt·st azalıb. Bu dövrdə elektrik enerjisinin idxalı isə 40,7 mln. kVt·st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 6,6 mln. kVt·st artıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 14 d. əvvəl
-
-
25 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)



.jpg)




.jpg)








