"Azərbaycanın meyvə-tərəvəz məhsullarının Belarusa tədarükündə maraqlıyıq"
Belarus dünyada ərzaq təminatı ilə bağlı problemlər fonunda Azərbaycanla ərzaq məhsullarının qarşılıqlı tədarükünün artırılmasında maraqlıdır. Bunu Belarusun baş naziri Roman Qolovçenko deyib.
“Əlbəttə ki, bu mövzuya xüsusi diqqət ayırmaq, Belarus və Azərbaycanın ərzaq təhlükəsizliyini təmin etmək lazımdır. Biz həm Azərbaycana süd və ət məhsullarının tədarükünün inkişafında, həm də Azərbaycanın meyvə-tərəvəz məhsullarının Belarusa tədarükündə maraqlıyıq”, - deyə Qolovçenko bu gün Bakıda Azərbaycanın baş naziri Əli Əsədovla görüşdə bildirib.
BELTA agentliyinin verdiyi məlumata görə, belaruslu baş nazir qeyd edib ki, Belarus müəssisələri bu günlərdə öz məhsullarını Bakıda keçirilən “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərində təqdim edirlər.
Ə.Əsədov öz növbəsində, pandemiya ilə əlaqədar məhdudiyyətlərin bir daha olmayacağına və əyani görüşlər üçün daha çox imkan yaranacağına ümidvar olduğunu bildirib. “İki ölkə arasında münasibətlərin səmimi, dostluq xarakteri daşıdığını vurğulayan baş nazir bu əlaqələrin gələcək inkişafına ümid etdiyini deyib. O, Belarus maşınqayırma kompleksinin məhsullarının Azərbaycanda geniş təmsil olunduğunu, ərzaq sahəsində də perspektivlərin olduğunu diqqətə çatdırıb”, - deyə məlumatda qeyd olunur.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

