Rusiyada Coca-Cola, Fanta və Sprite-ın analoqlarının satışına başlanılıb
Moskvadakı "Oçakovo" pivə və alkoqolsuz içkilər zavodu ticarət şəbəkələrinə CoolCola, Fanta və Street adı altında Coca-Cola, Fanta və Sprite içkilərinə analoq qazlı içkilər təqdim etməyə başlayıb.
Marja xəbər verir ki, bu barədə şirkətin marketinq şöbəsinin rəhbəri Aleksey Zaxariçev məlumat verib.
"Daha çox ictimai iaşə şəbəkələrini içkilərlə təmin etməyi planlaşdırırıq. Hazırda bu istiqamətdə işlər aparılır", - bildirib.
Onun sözlərinə görə, içkilər Magnit, X5 şəbəkələrinin mağazalarında, eləcə də bir çox marketlərdə və çatdırılma xidmətlərində təqdim olunur.
Zaxariçev bildirib ki, şirkət bu əmtəə nişanlarını uzun illər əvvəl qeydiyyatdan keçirib və onlara olan hüquqlar təsdiqlənib.
"Dizayndakı rənglərə gəlincə, bu rənglər bütün qlobal içki bazarı üçün standartdır. Şirkətlərin heç birinin rənglər üzərində monopoliyası yoxdur", - Zaxariçev yekunlaşdırıb.
Mart ayında Coca-Cola Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiyada biznes fəaliyyətini dayandırdığını elan edib. May ayında şirkətin baş direktoru Ceyms Kuinsi bildirmişdi ki, Coca-Cola şirkəti Rusiya bazarından tamamilə çıxacağını istisna etmir. Martın 9-da digər böyük qazlı içki istehsalçısı PepsiCo Rusiyada Pepsi, 7 up və Mirinda brendləri altında içkilərin satışını, eləcə də reklam fəaliyyətini dayandırdığını açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
















.jpg)





