Ichiban 2022: Toyota Abşeron Mərkəzi yenidən Avropanın ən yaxşıları sırasında
Toyota Abşeron Mərkəzi çox sayda ciddi rəqibləri geridə qoyaraq növbəti dəfə Avropanın ən yaxşılarından biri ola bilib.(®) Toyota Abşeron Mərkəzi ikinci dəfə Avropanın ən yaxşılarına verilən Ichiban mükafatına layiq görülüb.
Toyota Motor Europe hər il Avropada fəaliyyəti ilə seçilən dilerləri mükafatlandırır. Ichiban 2022 (yaponcada “Nömrə bir”) qalibləri seçilərkən həm satış performansı və xidmət səviyyəsi, həm də dilerin ətraf mühitə, cəmiyyətə töhfə vermək, davamlılıq, dəyişən dövrə uyğunlaşmaq bacarıqları nəzərə alınıb.
Artıq fəaliyyətinin 6-cı ilini geridə qoyan Toyota Abşeron Mərkəzi də işində məhz bu prinsiplərə əsaslanaraq ilk gün söz verdiyi keyfiyyətli xidməti göstərməyə davam etdiyi üçün qaliblər sırasında olmağa haqq qazanıb.
Builki mərasimdə 32 ölkəni təmsil edən 2500-dən çox Toyota dileri arasından cəmi 47 qalib seçilib. Ən gənc rəsmi diler olmasına baxmayaraq, peşəkarlığı ilə seçilən Toyota Abşeron Mərkəzi çox sayda ciddi rəqibləri geridə qoyaraq növbəti dəfə Avropanın ən yaxşılarından biri ola bilib.
Alp dağlarında, eksklüziv Schloss Elmau qəsrində keçirilən bu tədbir çərçivəsində dilerlərin də iştirakı ilə geniş müzakirələr keçirilib, xüsusi qonaqlar gələcək üçün ilham verən ideyalarla çıxış ediblər. Toyota Motor Europe prezidenti Mett Harrison isə öz çıxışında bütün dilerlərə möhtəşəm nailiyyətlərinə və Toyota adına layiqli fəaliyyətlərinə görə təşəkkür edib.
Toyota Abşeron Mərkəzinin fəaliyyəti ilə daha yaxından tanış ola bilərsiniz: www.toyota-absheron.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)










