Ənənəvi reklamlar satışı artırmır - McDonald's imtina etdi
McDonald's, 41 ildir davam edən olimpiya oyunları sponsorluğunu dayandırmaq qərarı verib. “Marja” xəbər verir ki, bu barədə IOC (Beynəlxalq Olimpiya Komitəsi) tərəfindən edilən açıqlamada bildirilir.
"Marja" xəbər verir ki, ABŞ-ın məşhur "fast food" şəbəkəsi qərarına əsası olaraq televiziya reytinqlərinin aşağı düşməsini və artan sponsorluq xərclərini göstərib.
Yemək, restoran xidmətləri və internetin keyfiyyətini daha da qaldırmaq istəyən və bu sahələrə investisiya yatıracaq McDonald's, son dövrlər digər xərclərini də mümkün qədər azaltmağa cəhd edir.
4 İL ÜÇÜN 100 MİLYON DOLLAR
İlk dəfə 1968-ci ildə oyunlara sponsor olan McDonald's, 1976-ci ildə rəsmi ərzaq tədarükçüsü olaraq qarşıya çıxmışdı. McDonald's olimpiya oyunları sponsorluğundan imtina etməsinə baxmayaraq, aparılan danışıqlar nəticəsində gələn il Cənubi Koreyanın Pyeongchang şəhərində keçiriləcək qış oyunlarına dəstəyini davam etdirəcək.
McDonald's, hər 4 illik dövriyyə üçün IOC-yə 100 milyon dollar civarında bir ödəmə edirdi. Reuters xəbər agentliyinin mənbələrinə görə, IOC yeni müqaviləni ikiqat artırmaq istəyəndə McDonald's ilə iplər qırılıb. IOC-ın ümumi sponsorluq gəliri 1 milyard dollara çatır. McDonald's-ın gedişilə itki 10 faiz ətrafında olur.
İZLƏNMƏ FAİZLƏRİ DÜŞÜR
McDonald's tərəfindən verilən bu qərar, istehlakçı markalarının bahalı sponsorluq müqavilələrinin satışa təsiri etmədiyi şəklində şərh olunur. Bəzi şirkətlər birbaşa atletlərlə çalışaraq, daha ucuz, daha çox təbliğat aparmaq yolunu seçir. Digər bir variant IOC yerinə qarşıya çıxan ölkələrlə sponsorluq müqaviləsi bağlamaqdır.
2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarından bu yana televiziya reytinqlərinin aşağı düşməsi, tamaşaçıların Rio oyunlarında Facebook və Twitter kimi sosial mediaya yönəlmələri McDonald's kimi şirkətlərin qərarına təsir edən amillər arasındadır. Belə ki, 2016 Rio oyunları 2010 London oyunlarına nisbətən 8.6 faiz daha az tamaşaçı cəlb etmişdi
Beynəlxalq otellər şəbəkəsi Hilton, ABŞ-ın telekommunikasiya şirkəti AT&T və investisiya bankı Citigroup olimpiya oyunlarına sponsor olmaqdan imtina edən digər şirkətlərdir. Digər tərəfdən, qlobal bazarda daha çox kütləyə çatmaq istəyən Alibaba kimi Uzaq Şərq markaları IOC ilə yeni sponsorluq müqavilələri imzalayır. Intel-in də IOC ilə yeni müqavilə bağlayacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 1 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub












.jpg)










