Nazirlik Azərbaycanda “RİA Novosti” agentliyinin bloklanmasının səbəbini açıqlayıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) Azərbaycan ərazisində "RİA Novosti" agentliyinin internet informasiya resursuna girişin məhdudlaşdırılmasına münasibət bildirib.
Bu barədə nazirlikdən qeyd edilib ki, ölkədə yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla tənzimlənir.
Həmin qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.
Sözügedən informasiya agentliyində ərazi bütövlüyümüzə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşıyıb.
“RİA Novosti” agentliyi internet informasiya resursunda ölkənin ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərini pozub və həmin qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb.
Mətbuat Şurası: "RİA Novosti"nin fəaliyyəti təəssüf doğurur
“Rusiya və Azərbaycanın media orqanları iki ölkə arasındakı münasibətlərin formalaşmasında, qarşılıqlı etimad mühitinin dərinləşməsində mühüm rol oynayıblar. Onların əməkdaşlığı da buna xidmət ruhuna köklənməklə mütərəqqi əhəmiyyət daşıyıb, xalqların bir-birinə yaxınlaşmasını, mehriban qonşuluğu, dinc birgəyaşam normalarını aşılayıb. Bununla belə biz zaman-zaman Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur”.
Bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında deyilir.
Bəyanatda vurğulanıb ki, fəaliyyəti təəssüf doğuran Rusiya kütləvi informasiya vasitələrindən biri də "Ria novosti" İnformasiya Agentliyidir: “Azərbaycan cəmiyyəti Rusiyanın rəsmi media strukturu olan "Ria novosti"nin yanlış dəst-xəttinin, yanaşmasının müxtəlif təzahür formalarına, peşəkar jurnalistika prinsiplərinə yaraşmayan mövqeyinə indiyədək çox şahidlik edib. Peşə dəyərləri separatizmin, bölücülüyün təbliğ və təşviqindən uzaq durulmasını, dövlətlərin müstəqilliyinə, suverenliyinə zidd təmayüllərə meydan tanınmamasını rəhbər tutur. Rusiya kimi federativ quruluşa malik, tərkibində çoxsaylı xalqların nümayəndələrindən ibarət muxtar respublikaları birləşdirən ölkənin aparıcı media qurumu məsələyə xüsusilə həssas münasibət göstərməlidir. Ancaq onun işində nəinki həssaslıq yoxdur, üstəlik əvvəlki illərin xoşagəlməz, sərt reaksiyalar doğurmuş təcrübəsinə yenidən istinad var. Özünü Azərbaycan ərazisindəki qondarma, separatçı qurumun naziri kimi təqdim edən Artak Beqlaryandan müsahibə də bunu deməyə əsas verməkdədir.Məlum müsahibə Azərbaycan cəmiyyətində haqlı narazılıq, hətta hiddət və qəzəb doğurub. Buna görə adekvat cavab addımı kimi "Ria novosti"nin Azərbaycan ərazisində yayımı dayandırılıb. Tolerant, söz və ifadə azadlığına, plüralizmə dəyər verən Azərbaycanda belə bir tədbirin görülməsi günün tələbidir, zərurətdir. Separatizmi təbliğ etməklə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət qoymayan digər KİV-lər də bundan nəticə çıxarmalıdırlar. "Ria novosti" Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişəli durumun aradan qaldırılması istiqamətindəki təşəbbüslərinə zidd mövqeyi rəsmi Moskvanın sözügedən missiyasının səmimiliyinə də ciddi şübhələr yaradır, qənaət formalaşdırır ki, ölkə bölgədə sülhün və əminamanlığın qərarlaşmasında maraqlı deyil.Azərbaycan Mətbuat Şurası Rusiyanın KİV-nə, ümumiyyətlə ölkənin media ictimaiyyətinə müraciət edərək Rusiya-Azərbaycan münasibətlərinə zidd, Rusiyaya etimadı, onun bölgədəki nüfuzunu sarsıdan fəaliyyətdən uzaq durmağa çağırır. Bir həqiqət mütləq şəkildə dərk olunmalıdır ki, jurnalistika fəaliyyəti heç bir halda beynəlxalq hüququn norma və prinsiplərinə sayğısızlıq üzərində qurulmamalıdır. Azərbaycan cəmiyyəti, bu cəmiyyətin mühüm tərkib hissəsi, önəmli ictimai institutu sayılan ölkə mediası mehriban qonşuluq münasibətlərinə xələl gətirən hallara dözümlü qala bilməz. İstərdik ki, eyni yanaşmanı, Rusiya və Azərbaycan arasındakı dostluq, mehriban qonşuluq əlaqələrinə kölgə salan meyllərə qarşı cəbhə açmaq əzmini çoxillik ənənələrə malik Rusiya mediasından da görək. İndiki şəraitdə bu, yalnız istək və arzu deyil, həm də müstəsna peşəkarlıq tələbidir”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 18 saat sonra
-
-
37 d. əvvəl
Bayram günlərində bankların və “Azərpoçt”un bəzi filial və şöbələri fəaliyyət göstərəcək -SİYAHI
-
53 d. əvvəl
"KazMunayQaz-Aero" Şımkent hava limanında AZAL təyyarələrini yanacaqla təmin edəcək
-
1 saat əvvəl
"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
3 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
3 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 27-nin hava proqnozu - 30 dərəcəyədək isti olacaq
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
SİMA rəqəmsal imza Birbank-da!
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı

















.jpg)




