“Qlik” Azərbaycan planlarını elan edib
“Active Intelligence” üçün yaradılmış kompleks platforma sahəsində istehsalçı, təhlil və Business Intelligence platformalar sahəsində fəaliyyət göstərən “Qlik” şirkəti Azərbaycanda analitik cəmiyyətin inkişafına sərmayə yarırmaq planları barədə elan edib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, “Qlik” MDB tərəfdaşlıq şəbəkəsini, Azərbaycanın ali məktəbləri ilə fəaliyyəti, həmçinin dünyada və MDB-nin digər ölkələrində əla nəticələr göstərən analitik savadlılığın artırılması üzrə maarifləndirmə layihələrini fəal inkişaf etdirməyi planlaşdırır.
Dünyada 38 mindən artıq şirkət analitika və məlumatların inteqrasiyası üçün Qlik platformasından fəal istifadə edir, bunun 3 mindən çox MDB ölkələrindədir.
“Qlik”in Azərbaycan üzrə direktoru vəzifəsinə Vladimir İtkin təyin olunub. O, əvvəl “Qlik”in Rusiya və MDB-də korporativ biznesinə cavabdeh şəxs olub.
“Məqsədimiz Azərbaycanda analitik cəmiyyətin intensiv inkişafı üçün şərait yaratmaq, dünyada və MDB ölkələrində artıq sınaqdan keçmiş alətlərdən istifadə etməklə tərəfdaşlar, tələbələr və şirkət əməkdaşlarının analitik savadlılıq səviyyəsini artırmaqdır. Bu alətlər – data-savadlılıq üzrə testlər, açıq maarifləndirici marafonlar, həm korporativdaxili, həm də bütün ölkə miqyasında analitik cəmiyyətlərin yaradılmasıdır”, - “Qlik” MDB-nin regional direktoru Aleksey Artemenko bəyan edib.
Qlik – mənzil-qərargahı Radnorda yerləşən (ABŞ, Pensilvaniya ştatı) Business Intelligence sistemləri üçün proqram təminatı hazırlayan şirkətdir. 1993-cü ildə İsveçdə təsis edilib. Əsas məhsulu – BI-platforma proqramıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)









