“Əmtəələrdə 50 ilin ən böyük şoku gözlənilir”
Citi-nin hesabatında, 2022-ci ildə gözlənilən əmtəə şokunun qlobal iqtisadiyyatın 1970-ci illərin əvvəllərində neft böhranı zamanı yaşadığı səviyyəyə bənzər bir səviyyədə baş verəcəyinə diqqət çəkib.ABŞ-n maliyyə xidmətləri şirkəti "Citigroup Inc."ın təhlilinə görə, qlobal əmtəə alıcıları qiymətlərin artması səbəbindən 2022-ci ildə istehsalçılara 2019-cu illə müqayisədə 5,2 trilyon dollar çox ödəyəcəklər. Bu artım dünya iqtisadiyyatının 5 faizinə bərabərdir.
Marja hesabata istinadən xəbər verir ki, ilin ikinci yarısında da fyuçers qiymətlərinin artdığı bir ssenaridə bu məbləğ 6,3 trilyon dollar çox olacaq ki, bu da qlobal iqtisadiyyatın 6,2 faizinə bərabərdir.
Araşdırma hesabatında qeyd olunur ki, belə bir əmtəə şoku istənilən halda 1970-ci illərin əvvəllərindəki neft böhranı zamanı qlobal iqtisadiyyatın yaşadığı səviyyədə baş verəcək.
Əmtəə şoku nə qədər uzun dava edərsə; istehlakçılar, qlobal iqtisadi artım və səhmlərə mənfi təsirə də o qədər böyük olacaq.
Citi analitikləri proqnozlaşdırırlar ki, uzunmüddətli perspektivdə qiymət artımının davam etməsi Avropada tənəzzül riskini artıra və Avropanın rəqabət qabiliyyətinə zərər verə bilər.
Əmtəələrə əsaslanan inflyasiyanın Avropada hər il ev təsərrüfatlarının gəlirlərini 2 faiz azaldacağı təxmin edilir.
Əmtəə bazarlarındakı qiymət artımlarının həm qalibləri, həm də itirənləri olsa da, bu şokun təsiri istehlak və qlobal artım üçün aşağıya doğru olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 21 d. əvvəl
-
23 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)





.jpg)







