Əmanətlərin Sığortalanması Fondu Yunanıstanda yığıncaqda iştirak edib
Fəaliyyətində beynəlxalq əməkdaşlığa böyük önəm verən Əmanətlərin Sığortalanması Fondu (ƏSF) əmanətlərin sığortalanması sistemini inkişaf etdirmək üçün qlobal təşkilatlarla və bu sahədə qabaqcıl təcrübəyə malik xarici ölkələrin anoloji qurumları ilə əlaqələrini daha da dərinləşdirir, habelə təcrübə və bilik mübadiləsi aparır.
Fondun yaydığı məlumatda bildirilir ki, 25-27 may tarixlərində ƏSF-nın icraçı direktoru Tural Piriyevin başçılıq etdiyi nümayəndə heyəti Yunanıstanda baş tutmuş Avropa Əmanət Sığortaçılarının Forumunun (European Forum of Deposit Insurers - EFDI) illik ümumi yığıncağında və beynəlxalq konfransında iştirak etmişlər. Forumun illik yığıncağında üzv ölkələrin işçi qrupları arasında maliyyə sahəsi üzrə fikir mübadiləsi aparılmış, mülahizələr dinlənilmiş, EFDI-nın yeni sədrinin seçimləri keçirilmiş, 2022-2025-ci illəri əhatə edən fəaliyyət istiqamətləri, eləcə də 2022 və 2023-cü illərin yekun büdcəsi və üzvlük haqları müzakirə olunaraq təsdiqlənmişdir.
Tədbir “Əmanətlərin sığortalanması sistemində problemlər və yeni çağırışlar” mövzusuna həsr olunmuş EFDI-nın beynəlxalq konfransı ilə davam etmişdir. Konfransda beynəlxalq maliyyə sistemində cərəyan edən ən aktual mövzular –Mərkəzi Bankın maliyyə rəqəmsallaşması, kriptovalyutalar, sosial və korporativ idarəetmə üzrə investisiya strategiyasının və qlobal iqlim dəyişiminin Əmanətlərin Zəmanət Sisteminə təsiri müzakirəyə qaldırılmışdır. Konfransda maliyyə innovasiyaları, kiber təhlükəsizlik və məlumatların qorunması kimi mövzular panelistlər tərəfindən diqqətə çatdırılmış, fikir mübadiləsi aparılmışdır.
Əlavə olaraq bildirmək istərdik ki, tədbirlər çərçivəsində ƏSF-nin nümayəndə heyəti risk-əsaslı sığortalanma mexanizminə keçid, sığorta itkilərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsi, eləcə də digər istiqamətlərdə beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə Niderland, Cənubi Koreya, Avstriya və Norveç kimi aparıcı ölkələrin müvafiq qurumlarının rəsmiləri ilə ikitərəfli görüşlər keçirmiş, bu sahələrdə müşahidə olunan çağdaş trendləri və çağırışları müzakirə edərək yeni əlaqələrin qurulmasına nail olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
10 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)

