850 manat xərc çəkib, 2500 manat qazanırlar
Samux rayonundakı təsərrüfatlarda günəbaxan əkininə maraq artıb.
Rayonda 2 min 557 hektar sahədə günəbaxan əkilib. Bu, ötən illə müqayisədə 842 hektar çoxdur.
Məhsuldarlığı ilə seçilən sahənin gəliri yaxşı olduğundan rayon fermerləri günəbaxan əkinini hər il genişləndirirlər. Rayonda günəbaxan əkininə hazırlıq payız aylarından başlayır. Toxum səpilənə qədər bir sıra aqrotexniki qaydalara əməl edilir. Səpin işlərindən sonra isə sahəyə lazımi qulluq göstərilir. Fermerlər deyirlər ki, əkin sahəsinə düzgün aqrotexniki qulluq göstərildikdə qoyulan vəsaitdən dəfələrlə çox gəlir götürmək mümkündür. Bir hektar sahəyə 24 kiloqram toxum səpilir. Təsərrüfat sahibləri daha çox Rusiyadan gətirilən, məhsuldarlığı və yağlılığı yüksək olan sortlara üstünlük verirlər. Onlar keyfiyyətli toxumun bir kiloqramını 3-3,5 manata alırlar. Məhsul yetişənə qədər bir hektar sahəyə 800-850 manat dəyərində qulluq göstərilir.
Avqustda yığımına başlanılan günəbaxan sahəsinin bir hektarından 2,5 ton məhsul toplanır və 0,8-1 manatdan satılır. Rayonda istehsal edilən günəbaxandan həm də yağ istehsal edilir. Bu məqsədlə toplanan məhsul Gəncədəki müəssisələrə təhvil verilir.
Günəbaxanın tumu ilə yanaşı, heyvandarlıqda gövdəsindən də yem kimi istifadə olunur. Bu məhsulun toxumu kimi gövdəsi də yağlı olduğundan ətlik mal-qara üçün əlverişli hesab edilir.
Hazırda Samux rayonundakı günəbaxan sahələrində suvarma aparılır və məhsula aqrotexniki qulluq göstərilir. Məhsulun yığımına bir aydan çox vaxt qalsa da, məhsuldarlıq fermerləri qane edir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
8 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
8 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 10 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

















