Azərbaycanın iri bankının xalis mənfəəti 2 dəfə artıb
Azərbaycanın ən böyük banklarından biri olan "Xalq Bank" 2022-ci ilin birinci yarısını (yanvar-iyun dövrünü) 11 milyon 828 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 5 milyon 819 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında "Xalq Bank"ın xalis mənfəəti 2 dəfə artıb. Xalis mənfəətin artması gəlirlərin artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmanın azalması ilə əlaqədardır.
GƏLİRLƏRİ VƏ ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
Marja xəbər verir ki, "Xalq Bank"ın faiz gəlirləri 2021-ci ilin 1-ci yarısında 47 milyon 249 min manat ikən, 2022-ci ilin 1-ci yarısında 51 milyon 38 min manata yüksəlib (3 milyon 788 min manat və ya 8% artıb). Bankın qeyri-faiz gəlirləri isə 5 milyon 584 min manatdan 9 milyon 535 min manata qalxıb (3 milyon 952 min manat və ya 70,7% artıb).
2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-ci ilin 1-ci yarısında "Xalq Bank"ın əməliyyat mənfəəti 16,2% artaraq 19 milyon 642 min manat təşkil edib. Bank 2021-ci ilin eyni dövründə 16 milyon 901 min manat əməliyyat mənfəəti əldə etmişdi.
Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırması 8 milyon 192 min manatdan 5 milyon 262 min manata düşüb.
BANK DAHA DA BÖYÜYÜB
30 İyun 2022-ci il tarixində "Xalq Bank" ASC 2 milyard 532 milyon 370 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 450 milyon 158 min manat kredit portfelinə (müştərilərə verilmiş kreditlər) malik olub. Bank 2021-ci ilin sonunda 2 milyard 339 milyon 392 min manat cəmi aktivlərə və 1 milyard 406 milyon 980 min manat kredit portfelinə malik idi. Beləliklə, 2022-ci ilin ilk 6 ayında "Xalq Bank"ın cəmi aktivləri 192 milyon 978 min manat və ya 8,2%, kredit portfeli isə 43 milyon 178 min manat və ya 3,1% artıb.
2021-ci ilin sonu ilə müqayisədə Xalq Bankda depozitlər 162 milyon 341 min manat və ya 10,5% artaraq 30 iyun 2022-ci il tarixində 1 milyard 705 milyon 609 min manata çatıb.
30.06.2022-ci il tarixində "Xalq Bank" 450 milyon 200 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat əvvəl
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Xaricdən alınan avtomobillərin sayında azalma - DƏYƏR ÜZRƏ İSƏ ARTIB BAŞ VERİB
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15 saat əvvəl
TƏBİB Vüqar Qurbanovun İcraçı direktor vəzifəsindən azad edildiyini təsdiqləyib
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Yanvarda Azərbaycanın ixarcı və idxalı azalıb
Özbəkistandakı Azərbaycan kapitallı müəssisələrin sayı 368-ə çatıb
Fevralın 17-də gözlənilən hava şəraiti
AFB Bank uzunmüddətli strategiyasını açıqlayıb
"Uber" biznesini 7 Avropa ölkəsinə genişləndirir






















