"Bank VTB (Azərbaycan)"ın xalis mənfəəti 6 dəfədən çox artıb
"Bank VTB (Azərbaycan)" ASC 2022-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 6 milyon 208 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 986 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2021-ci ilin 1-ci yarısı ilə müqayisədə 2022-cii ilin 1-ci yarısında "Bank VTB (Azərbaycan)" ASC-nin xalis mənfəəti 6,3 dəfə artıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 30 iyun 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 20.5 milyon manat, o cümlədən faiz gəlirləri 12.5 milyon manat, qeyri-faiz gəlirləri – 8 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 63.5%, qeyri-faiz gəlirləri isə 2.4 dəfə artıb.
Bankın kredit portfeli birinci yarımilin sonunda 167 milyon manat təşkil edib. Bu ötən ilin müvafiq dövrünün gostəricisindən 5% çoxdur. Fiziki şəxslərin əmanətləri bir il ərzində 40% artaraq, iyun ayının sonuna 57.4 milyon manat təşkil edib.
Bankın kapitalı hesabat dövrünün sonuna 74.6 milyon manat təşkil edib, bu da Mərkəzi Bankın tələblərindən 49.2% çoxdur. Bankın likvidlik göstəricisi birinci yarımilin sonuna 72.1% təşkil edib. Bu normativ tələblərdən 2.4 çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)









.jpg)









