İki dövlət şirkətindən də "qidalanan" QSC - 8,6 MİLYON MANATLIQ SİFARİŞLƏR ALIB
"Azərenerji" ASC müxtəlif növ elektrik mallarının satınalınması məqsədilə keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət "Electro Service" QSC-dir.
"Azərenerji" qalib şirkət ilə məbləği 2 milyon 277 min manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, 2018-ci ildə dövlət qeydiyyatına alınmış və 2000 manat nizamnamə kapitalına malik olan "Electro Service" QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.
Artıq 2022-ci ildə "Electro Service" şirkəti 3-cü dəfədir "Azərenerji"nin tenderində qalib olur. "Azərenerji" "Electro Service" şirkətilə mart ayında 1 milyon 102 min manatlıq (müxtəlif növ elektrik malların satın alınması), iyun ayında isə 1 milyon 670 min manatlıq (müxtəlif növ xüsusi geyimlərin satın alınması üçün) müqavilə imzalayıb.
Ötən il və bu il "Electro Service" QSC "Azərenerji" və "Bakı Metropoliteni" QSC-nin tenderlərində 10 dəfə qalib olub və 8 milyon 602 min manatlıq sifarişlər alıb.
Qeyd edək ki, Azərbaycanda şirkətlər dividend vergisini ödəməmək üçün QSC-yə çevrilirlər. Belə ki, qiymətli kağızlar bazarının inkişafı üçün (birjada listnq üçün) səhmdar cəmiyyətləri dividend vergisindən 7 il müddətinə azad olunublar. Fürsətdən sui-istifadə edən bir çox MMC (Məhdud Məsuliyyətli Cəmiyyət) və ASC (Açıq Səhmdar Cəmiyyəti) QSC-yə (Qapalı Səhmdar Cəmiyyəti) çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
44 d. əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bank sektorunda təmərküzləşmə azalıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
Ən çox oxunanlar
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU













.jpg)






