SOCAR Rumıniyada 68-ci yanacaqdoldurma məntəqəsini açıb
Rumıniyanın Sibiu şəhərində George Dima 44 küçəsində yeni SOCAR yanacaqdoldurma məntəqəsi (YDM) açılıb.
Bununla da SOCAR-ın Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayı 68-ə çatıb. Bu, SOCAR-ın Sibiu rayonunda 5-ci yanacaqdoldurma məntəqəsidir. Şərq üslubu ilə müasir interyer dizaynı brendin özünəməxsusluğunu əks etdirir. Yeni stansiyada 2 nasosla təchiz olunmuş “Nano” brendi ilə 4 növ – “Nano 95”, “Nano Diesel”, “Nano 98”, “Nano Super Diesel” yanacaq satışı həyata keçirilir. SOCAR müştərilərinə Avropa standartlarına uyğun keyfiyyətli yanacaq təklif edir. YDM-nin daxilində fəaliyyət göstərən “Cafe Nar”da müştərilərə qida, qeyri-ərzaq məhsulları və ya avtomobil aksessuarları təklif olunur.
Hazırda SOCAR Rumıniyanın 26 regionunda 68 “SOCAR” brendli yanacaqdoldurma məntəqəsinə malikdir. Şirkət tərəfindən qəbul edilən strateji plana uyğun olaraq, qarşıdakı illərdə də SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edəcək.
Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsilə həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






