Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

ABŞ-da məşğulluqda sürətli artım - FED daha böyük faiz artıra bilər

AzVak-mobil_resmin_ustu_31
ABŞ-da məşğulluqda sürətli artım -  FED daha böyük faiz artıra bilər
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ-da iyul ayına dair kənd təsərrüfatı sektoru xaric məşğulluq məlumatları açıqlanıb.

Məşğulluqdakı artım proqnozu 2 dəfə üstələyib. Bu vəziyyət FED-in sentyabrda daha böyük faiz artıracağı gözləntilərini gücləndirib.

Reklam_3_11

Marja xəbər verir ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq iyul ayında 528 min artıb. Bloomberg sorğusuna qatılan iqtisadçılar artımın 250 min olacağını gözləyirdilər.

İyun ayı üçün 372 min olaraq açıqlanan artım, 398 min artım olaraq dəyişdirilib.

İyulda ölkədə işsizlik 3,5 faizə düşüb. Bu məlumat üçün proqnoz 3,6 faiz idi.

Eyni dövrdə, orta saatlıq maaş aylıq müqayisədə 0,5% artaraq 0,3 gözləntini üstələyib. İllik orta saatlıq maaş 5,2 faiz artıb. Bu məlumat üçün gözlənti 4,9 faiz idi.

Məlumatlar, tənəzzüllə bağlı artan narahatlıqlara baxmayaraq, bir sıra sənaye sahələrində işçi üçün davamlı "iştahı" göstərib. Yaşayış və iaşə xidmətləri, səhiyyə xidmətləri, peşəkar və kommersiya xidmətlərində də məşğulluq artıb.

Məlumatların açıqlanmasından sonra bazarda FED-in daha çox faiz artıracağı gözləntiləri artıb. Bazarlarda, FED-in sentyabr ayında 75 faiz bəndi faiz artıracağı ehtimalı güclənib. Bundan əvvəl faizin 50 bənd artırılacağı daha çox ehtimal olunurdu.

05.08.2022 17:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19