Vergi daxilolmalarında 4 milyard manata yaxın artım - DVX PLANI ARTIQLAMASI İLƏ İCRA EDİB
Dövlət Vergi Xidməti (DVX) 2022-ci ilin yanvar-iyul aylarında vergi daxilolmaları və digər ödəmələr haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2022-ci ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 136 milyon 62,5 min manat vergi daxil olub, proqnoza 108,7 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 73,2 faiz və ya 3,9 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 181 milyon 192,9 min manat olub, proqnoza 101,1 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 56 milyon 785,9 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 35,9 faiz və ya 1 milyard 367 milyon 998,1 min manat artıb.
Sosial sığorta ödəmələri
2022-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609 milyon 464,5 min manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz və ya 391 milyon 262,7 min manat artıb, proqnoz 44 milyon 238,1 min manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 1 milyard 647 milyon 115 min manat təşkil edib, proqnoz 101,6 faiz icra olunub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 14,5 milyon manat olub, proqnoz 104,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artaraq 66,1 milyon manat təşkil edib, proqnoz 103,4 faiz icra olunub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 458,6 milyon manat olub, proqnoz 103,3 faiz yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,8 faiz artaraq 311,6 milyon manat təşkil edib, proqnoz 101,8 faiz icra olunub.
Qeydiyyata alınmış vergi ödəyiciləri
2022-ci il avqust ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli illə müqayisədə 3,6 faiz artaraq 688.968 olub. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7,2 faiz artıb və 37.190 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 188.609-a çatıb.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
4 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
















