Otellər şəbəkəsinə 900 milyon dollar sərmayə
Müqavilənin bir hissəsi olaraq Aman Group 3 milyard dollar dəyərində qiymətləndirilibSəudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (Public Investment Fund, PIF) və Londonda yerləşən daşınmaz əmlak investisiya şirkəti Cain International vasitəsilə, otel şəbəkəsini genişləndirmək üçün Aman Group-a 900 milyon dollar sərmayə yatırıb.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi fondun Twitter səhifəsində məlumat verilib.
"PIF, 2021-2025-ci illər strategiyasına uyğun olaraq ultra lüks otellərin və brend rezidensiyaların qlobal genişlənməsini sürətləndirmək üçün Aman Group-a 900 milyon dollar sərmayə qoymaq üçün Cain International ilə əməkdaşlıq edib", - Səudiyyə fondunun məlumatında deyilir.
Bu investisiya PIF-in “həm beynəlxalq, həm də Səudiyyə Ərəbistanında qonaqpərvərlik və turizm sənayesinin mövcud potensialına” inamını əks etdirir.
Müqavilənin bir hissəsi kimi Aman Group-un dəyəri 3 milyard dollar qiymətləndirilib.Qrupun şəbəkəsi 20 ölkədə 34 oteldən ibarətdir. Şirkət Səudiyyə Ərəbistanı, Amerika Birləşmiş Ştatları, Yaponiya, Meksika, Cənubi Koreya və Avropanın bir sıra ölkələrdə yeni layihələr həyata keçirtmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
- 42 d. əvvəl
-
- 58 d. əvvəl
-
2 saat əvvəl
Çexiyanın Baş naziri: Milli enerji operatormuz Azərbaycandan təbii qaz almaq niyyətindədir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
İclas keçirilib, Bakı metrosunun fəaliyyəti müzakirə olunub
SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib
"Çexiya ilə hərbi təyinatlı məhsulların birgə istehsalı ilə bağlı konkret layihələr üzərində danışıqlar gedir"
Aprelin 28-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın






.jpg)
.jpg)


.jpg)





