İstanbul, Ankara və İzmirdə mənzil qiymətləri Mayamidən daha çox artıb
Dünyanın 150 şəhəri araşdırılıb: İstanbul mənzil qiymətlərində birinci yerdədir. Dünyanın aparıcı daşınmaz əmlak məsləhət şirkətlərindən birinin apardığı araşdırmaya görə, son bir ildə mənzil qiymətlərinin ən çox artdığı şəhər İstanbul olub. 150 şəhər arasında ikinci yeri Ankara, üçüncü yeri isə İzmir tutub. İlk üçlüyü Türkiyənin şəhərlərinin yer aldığı siyahıda dördüncü yerdə Mayamidir.Dünyanın 150 şəhərində mənzil qiymətlərinin artması araşdırılıb. Türkiyənin İstanbul şəhəri 185% artımla birinci olub. İstanbulun ardınca Ankara, İzmir və ABŞ-ın Mayami şəhəri gəlir.
Marja.az Dünyanın aparıcı daşınmaz əmlak məsləhət şirkətlərindən biri olan "Knight Frank"ın araşdırmasına istinadən xəbər verir ki, 2021-ci ilin iyunundan 2022-ci ilin iyununa qədər mənzil qiymətləri Ankarada 165%, İzmirdə isə 151% artıb.
İstanbul Əmlakçılar Palatasının sədri Nizamettin Aşa daha əvvəl Ankara, İzmir və Antalya kimi şəhərlərdə, xüsusən də meqapolislərdə qiymətlərin yüksək olduğunu müəyyən etdiklərini söyləmişdi.
Torpaq qiymətlərinin və tikinti xərclərinin artmasının mühüm faktor olduğunu deyən Aşa, yeni tikililərə tələbatın çox yüksək olduğunu, ona görə də artım tendensiyası olduğunu bildirib.
ULUS, ETİLER, BEBEK...
İstanbulda qiymət artımında Beşiktaş liderdir. Beşiktaşın Ulus, Etiler və Bebek kimi məhəllələri dünyada qiymətlərin ən çox artdığı yaşayış əraziləri olub.
Sarıyer və Kadıköy kimi bölgələr Beşiktaşın ardınca gəlir. Mütəxəssislərin fikrincə, qiymət artımına bu qəsəbələrdə qıtlıq, yəni ev tapmamaq səbəb olur.
Aşa, ''Xüsusilə malikanə, villa kimi evlərin olduğu bölgələrdə güclü artım var. Bu baxımdan diqqət çəkən yerlərdən biri də Başakşehirdir. Xüsusilə yeni rayon olduğuna görə. Beylikdüzü və hətta Avcılar-ın bir hissəsində qiymətlər sürətlə artır'' deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 32 d. əvvəl
-
43 d. əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!










.jpg)






.jpg)

