Dünya Bankının prezidentindən böhran xəbərdarlığı
Dünya Bankının prezidenti David Malpass bəyan edib ki, avronun zəifləməsi və yüksək inflyasiya Avropada böhran ehtimalını artırır.Dünya Bankının prezidenti David Malpass bəyan edib ki, avronun zəifləməsi və yüksək inflyasiya Avropada böhran (resessiya) ehtimalını artırır.
Marja xəbər verir ki, Stenford Universitetində keçirilən tədbirdə çıxış edən Malpass dünyanın bir sıra böhranlarla üzləşdiyini bildirib.
Dünya üçün ən aktual təhlükənin qlobal tənəzzülə çevrilən qlobal artımın kəskin yavaşlaması olduğunu bildirən Malpass, bir çox inkişaf etməkdə olan ölkələrin pandemiyadan əvvəlki dövrdə adambaşına düşən gəlir səviyyəsinə çata bilmədiklərini qeyd edib.
ABŞ iqtisadiyyatının bu ilin ilk iki rübündə azaldığını xatırladan Malpass, Covid-19 pandemiyasına qarşı tətbiq edilən karantin tədbirləri səbəbindən Çinin iqtisadi artımının da kəskin şəkildə yavaşladığını söyləyib.
Rusiyanın Ukraynada başlatdığı müharibə ilə əlaqədar olaraq Avropanın enerji qiymətlərində ani artımla qarşı-qarşıya qaldığına diqqət çəkən Malpass, “Avronun zəifliyi və yüksək inflyasiya Avropada tənəzzül ehtimalını artırıb və Avro Bölgəsinin uzunmüddətli iqtisadi artım proqnozunu daha da məhdudlaşdırıb”,- deyib.
Malpass, inkişaf etməkdə olan ölkələrin inflyasiya, yavaşlayan iqtisadi artım, aşağı məhsuldarlıq, qlobal enerji resurslarının tükənməsi və inkişaf etmiş iqtisadiyyatlardakı yüksək faiz dərəcələri kimi tendensiyaların 2023-cü ildən sonra da davam edəcəyi riski ilə üzləşdiyini bildirib.
Dünya Bankının prezidenti Malpass bildirib ki, qlobal enerji istehsalında Rusiyadan asılılığın azalması üçün illər lazım ola bilər ki, bu da staqflyasiya riskini və ya aşağı artım və yüksək inflyasiya dövrünü uzada bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 21 saat əvvəl
-
-
21 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)







.jpg)





