Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
4 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108027944 ISIN-li, 20 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 84.5565 (10 %) manat və 91.9669 (7.9798%) manat olan 10 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 88.1309 (9 %) manat, orta ölçülmüş qiyməti 89.0106 (8.7613%) manat müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32 milyon 749 min manat, yerləşdirilmiş həcmi isə 14 milyon 420 min 900 manat təşkil edib.
İstiqrazların ödəmə tarixi 28 sentyabr 2027-ci ildir.
Hərrac iştirakçıları 5 oktyabr 2022-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 saat sonra
-
55 d. əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
1 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu



















