"Sərhədlərin müəyyənləşdirilməsi prosesi gedir, lakin nə qədər uğurlu olacağını demək çətindir”
Biz Azərbaycan-Ermənistanın delimitasiya komissiyalarının vaxt itirmədən hazırda mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcəyinə ümid edirik.
Marja xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
“Biz ümid edirik ki, sərhəd delimitasiyası üzrə müvafiq iki komissiya, Azərbaycan və Ermənistanın komissiyaları da həmçinin vaxt itirməyəcək və iki ölkə arasında əslində mövcud olmayan sərhədlərin müəyyənləşdirilməsi istiqamətində aktiv işləyəcək. Təxminən 30 il davam etmiş işğal dövründə bu sərhəd tamamilə Ermənistanın nəzarətində olub. Beləliklə işğal başa çatdığı zamanı biz sərhəd olduğunu nəzərdə tutduğumuz sərhədə gəldik və orada yerləşdik. Ona görə də 400 kilometrdən çox olan bu sərhədin müəyyənləşdirilməsi üçün əlbəttə tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübəyə, müəyyən metodologiyaya əsaslanan aktiv işə ehtiyac var. Bu proseslər gedir, lakin bir daha, onun nə qədər uğurlu olacağını demək çətindir”, - dövlət başçısı qeyd edib.
“Bizim sülh prosesi ilə bağlı müəyyən nikbinliyimiz var”
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ədavətə, nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyir:
“Bizim sülh prosesi ilə bağlı müəyyən nikbinliyimiz var. Çünki bu yaxınlarda, bir neçə gün öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin xüsusilə də sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bu cür ilk görüşü keçirildi. Biz ümid edirik ki, bu çox vaxt almayacaq. Biz 28 il boyunca Qarabağ münaqişəsinə dair danışıqlarda olduğu kimi, ermənilərin razılığa gəlməmək üçün adətən istifadə etdikləri taktikalarını bilirik. Əgər bu davam etsə, onda sülh olmayacaq. Əgər Ermənistanın seçimi budursa, bu o mənaya gəlir ki, onlar digər ciddi səhvi edəcəklər. Onlar bizi az qiymətləndirdilər. Onlar bizim iradəmizi, Azərbaycan xalqının iradəsini, Azərbaycanın potensialını az qiymətləndirdilər və ona görə də bunun bədəlini ödəməli oldular. İki il öncə baş vermiş müharibə Azərbaycan ərazisində həyata keçirilib. Beləliklə bu bir daha bizim mövqeyimizi sübut edir və nümayiş edir ki, 1 milyondan çox həmvətənimizin çəkdiyi əziyyətlərə baxmayaraq, biz ədavətə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Biz müvəffəq olacağıq ya yox, bunu görəcəyik. Əmin deyiləm, lakin ən azından biz bu istiqamətdə irəliləyirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
























