Azərbaycan dənli bitkilərin istehsalı üçün Moldovada torpaq icarəyə götürməkdə maraqlıdır
Azərbaycan Moldovada dənli bitkilərin yetişdirilməsi üçün torpaq icarəyə götürməkdə maraqlıdır.
Məlumatlı mənbələr bildirilib ki, bu məsələ oktyabrın 10-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasında müzakirə olunub.
“Xüsusilə tərəflərin Moldovada torpaq sahələrinin icarəyə götürülməsi ilə ərzaqlıq buğdanın və digər dənli bitkilərin (soya, günəbaxan) yetişdirilməsi və Azərbaycana ixracı imkanlarını nəzərdən keçirə bilməsi məsələsi müzakirə olunub”, - deyə mənbə bildirib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu ilin yanvar ayında bildirmişdi ki, rəsmi Bakı ölkənin daxili tələbatını ödəmək üçün məhsul yetişdirmək və Azərbaycana gətirmək məqsədilə başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqların icarəyə götürülməsi mümkünlüyünü istisna etmir.
Daha sonra dövlət başçısı AZTV-yə müsahibəsində qeyd edib: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”.
.İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© “İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)











.jpg)





