“Azərlotereya” ASC-nin “Yay Təcrübə Proqramı”nı uğurla bitirənlər işlə təmin olunub
(®) Azərbaycanın qanuni lotereya və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin 2022-ci il üçün “Yay Təcrübə Proqramı” başa çatıb.
2 ay davam edən proqramda 7 təcrübəçi iştirak edib. Təcrübəni uğurla bitirən 1 namizəd şirkətdə artıq işlə təmin olunub, 4 nəfərin isə təcrübə müddəti artırılıb. Proqramda iştirak edən gənclər əsasən marketinq/PR, PMO (Project Management Office)/ Sistemlərin test edilməsi, Rəqəmsal və İT şöbələrində təcrübə keçiblər.
“Azərlotereya” ASC-nin İdarə heyətinin sədri Zafer Reisoğlu təcrübə proqramından yararlanan gənclərlə görüşərək onları təbrik edib: “Azərlotereya” ASC ölkənin ən qabaqcıl şirkətlərindən biridir. Burada qazandığınız təcrübənin gələcək karyeranızda önəmli rol oynayacağına inanıram. Şirkətimizdə işə başlayanları təbrik edir, hər birinizə uğurlar arzulayıram”.
Təcrübə proqramının iştirakçıları da çıxışlarında “Azərlotereya”nın təcrübə proqramı çərçivəsində öyrəndiklərinin onlar üçün önəmli olduğunu vurğulayıb, yaradılan imkana görə təşəkkür ediblər.
PMO/Sistemlərin test edilməsi şöbəsində işlə təmin olunan Ülviyyə Cabbarlı bu etimadı doğrultmağa çalışacağını bildirib: "Azərlotereya" ASC çalışmağa başladığım ilk peşəkar şirkət oldu. Mənə Sistemlərin test edilməsi şöbəsində təcrübəçi kimi çalışmaq və işləmək imkanı verdiyiniz üçün təşəkkür edirəm”.
Tədbirin sonunda təcrübə proqramını müvəffəqiyyətlə bitirən namizədlərə sertifikat təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin “Yay Təcrübə Proqramı” növbəti illərdə də davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)



