E-PUL Neobankı öz debet rəqəmsal elektron kartını təqdim edir
Oktyabrın 25-dən etibarən hər bir E-PUL istifadəçisi virtual pul kisəsindən əlavə Digital Visa Rewards rəqəmsal debet kartını da sifariş edə biləcək.(®) E-PUL ödəniş platforması və UniBank Visa debet virtual kartının istifadəyə verildiyini elan edib.
Bu xidmət bir çox üstünlükləri ilə fərqlənir. Virtual kartdan istifadə edən hər bir şəxs xarici onlayn mağazalarda alış-veriş üçün ödəniş edə, ölkə daxilində və ölkə xaricində pul köçürmələrini həyata keçirə biləcək.
Rəqəmsal kartını (eCard) bir toxunuşla E-PUL tətbiqini yükləyib, qeydiyyatdan keçməklə əldə etmək olar. eCard aşağıda təsvir edilən ilkin funksiyalar ilə işə salınır:
• eCard kart balansının artırılması — Aşağıdakı xidmətlərdən istifadə edərək kartın balansını artırmaq mümkündür:
- EPUL proqramında TopUp (əlavə komissiya tutulmur);
- Terminal şəbəkəsi MilliÖn (Pasha Pay), Emanat, UniBank cash in (əlavə komissiya tutulmur);
- Card to Card (əlavə komissiya tutulmur).
• E-PUL proqramında göstərilən xidmətlərin ödənişləri – hər ödənişə görə X2 bonus xalı hesablamaqla ödəniş etmək imkanı;
• Qlobal saytlarda ödəniş – əlavə ödəniş etmədən mal və xidmətlərə görə ödəniş etmək imkanı;
• Kartdan karta köçürmələr (Card to Card / Card to Wallet) – istənilən yerli və xarici bankın kartına, həmçinin E-PUL pul kisəsinə vəsait köçürmək imkanı;
• Apple Pay / Google Pay – kredit kartı məlumatlarını üçüncü tərəfə açıqlamadan nağdsız ödənişlər etmək üçün təhlükəsiz və rahat üsuldur. (başlanğıc 2022-ci ilin sonuna qədər həyata keçiriləcək);
• 3% CashBack — EPUL şəbəkəsində, Supermarketlərdə, RESTORANLARDA və yanacaqdoldurma məntəqələrində rəqəmsal kartla ödəniş edərkən 3% CASHBACK əldə etmə imkanı! (loyal sistemin işə salınması 2022-ci ilin sonuna qədər həyata keçiriləcək);
• İdentifikasiya (KYC) – İdentifikasiyadan keçməyən istifadəçilər üçün maksimum balans 100 AZN, illik limit 1000 AZN təşkil edir. Maliyyə xidmətlərini aparmaq imkanı məhduddur. İdentifikasiya EPUL tətbiqində üz tanıma texnologiyalarına əsaslanan, istifadəçinin şəxsiyyətini real vaxtda yoxlamağa kömək edən rəqəmsal identifikasiya vasitəsilə tamamlana bilər və ya UniBank və ya LeoBank-ın müştərisi olanlar üçün identifikasiyadan keçmək tələb olunmur.
E-Pul.az-ın yaradıcısı olan “Paysis” MMC 2014-cü ilin avqust ayında təsis edilib. İnnovativ ödəniş platforması kommunal, mobil, sığorta, bank, internet, cərimə, YDM, mağazalar şəbəkəsi və digər ödənişləri, köçürmələr, eləcə də müxtəlif məhsulların alışını təmin edir.
E-Pul mobil tətbiqindən yararlanmaq üçün aşağıdakı linklərə daxil olun:
•Web: https://e-pul.az/epay/home
•Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
•IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
12 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi




















