"Qardaşımın həbsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir"
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan-Gürcüstan sərhəddindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi olan qardaşı Mehmandar Həsənovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
M.İbrahimqızı açıqlamasında qardaşı M.Həsənovun həbs olunmadığnı deyib.
O, qardaşı ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: "Bu məlumat əsassız və qərəzlidir. Qardaşım hazırda öz işindədir".
Qeyd edək ki, mətbuatda Azərbaycan-Gürcüstan Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Mehmandar Həsənovun saxlanılması ilə bağlı məlumat yayılıb. Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları onun iş yerində, maşınında və evində axtarış aparıb, onun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Məlumatda qeyd olunub ki, M.Həsənovla yanaşı bir neçə nəfər də saxlanılıb. Həmin şəxslərin mütəmadi olaraq Azərbaycandan Gürcüstana və geriyə qaçaqmal daşıdıqları, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul olduqları bildirilir.
© Report
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb






.jpg)
.jpg)










.jpg)


