"Fitch" SOCAR-ın reytinqi ilə bağlı proqnozu yüksəldib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitentin defolt reytinqi (IDR) üzrə proqnozu “stabil”dən “müsbət”ə dəyişərək IDR və yüksək təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin məlumatında deyilib.
Bildirilib ki, bərpa reytinqi “RR4” səviyyəsində təsdiqlənib.
“Reytinq hərəkəti Azərbaycanın suveren reytinqi ("BB+"/Müsbət) üzrə proqnoza yenidən baxılmasından və SOCAR-ın kredit qabiliyyətinin güclənməsindən sonra həyata keçirilir ki, bu da onun müstəqil kredit profilinin (SCP) yuxarıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər”, - "Fitch" qeyd edib.
SOCAR tam dövlətə məxsusdur və onun reytinqi hazırda “Fitch”in dövlətlə əlaqəli şirkətlər üçün (GRE) reytinq meyarlarına uyğun olaraq Azərbaycanın reytinqinə bərabərdir. Bu, şirkətə maliyyə zəmanətləri, pul vəsaitləri və kapitala investisiyalar şəklində göstərilən dövlət dəstəyi, habelə SOCAR-ın sosial funksiyaları və neft-qaz layihələrinin inkişafı üçün dövlət mexanizmi kimi əhəmiyyəti ilə gücləndirilir.
“Biz SOCAR-ın kredit qabiliyyətini “b+” səviyyəsində qiymətləndiririk”, - məlumatda deyilib.
Azərbaycanda neft və qaz layihələrinin əksəriyyəti SOCAR-ın minoritar payına malik olduğu və onun da dövləti təmsil etdiyi və xam neft və qaz payının (mənfəət nefti) satışında iştirak etdiyi hasilatın pay bölgüsü sazişləri əsasında həyata keçirilir. Bundan əlavə, SOCAR dövlət tərəfindən dəstəklənən bəzi digər böyük enerji layihələrində, məsələn, Cənub Qaz Dəhlizi layihələrində paya malikdir.
“Hökumət daxili yanacaq qiymətlərinin tənzimlənməsi, nağd pul inyeksiyaları, hökumətin apardığı bölgü və digər tədbirlər vasitəsilə SOCAR-ın gəlirliliyinə və balansına əhəmiyyətli nəzarəti həyata keçirir. Hesab edirik ki, hökumətin SOCAR üçün adekvat maliyyələşdirməni saxlamaq üçün stimulları var”, - “Fitch” bildirib.
Fitch SOCAR-ın 2022-2023-cü illərdə hasilatın artacağını proqnozlaşdırır
2022-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hasilatı 4 %, 2023-cü ildə isə 5 % artıracağı proqnozlaşdırılır.
“Bu, əsasən təbii qaz hasilatının artması hesabına baş verəcək və bundan sonra da sabit qalacaq”, - “Fitch” hesab edir.
Agentlik xatırladıb ki, SOCAR 2021-ci ildə qaz və maye hasilatında analoji artımla neft və qaz hasilatını 7 % artıraraq sutkada 282 min barel neft ekvivalentinə çatdırıb: “Bu, Azərbaycanda neft hasilatının 1 %, qaz hasilatının isə 23 % artması ilə bağlıdır. Neftlə müqayisədə daha yüksək qaz hasilatı əsasən “Şahdəniz-2” yatağında 2018-ci ildə hasilata başlanması və sonrakı əlavə istehsalat sahələrinin artırılması ilə bağlıdır”.
“Fitch” “Brent” markalı neftin 2022-ci ildə 100 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları, 2024-cü ildə 65 ABŞ dolları, sonrakı illərdə isə 53 ABŞ dolları/barel olacağını proqnozlaşdırır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Report
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 6 saat sonra
-
7 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
7 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi


















