Deputat: Məktəblərdə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər
“2-3 gün qabaq 5-ci sinif şagirdinə qarşı əxlaqsız hərəkət edən şəxsin məsələsi mətbuatda işıqlandırıldı. Bu məsələ hamını narahat etdi”.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Tamam Cəfərova deyib.
O bildirib ki, uşaqlara qarşı seksual maarifləndirmə ailədən başlamalıdır:
“Bununla bağlı ilk olaraq maarifləndirmə artırılmalıdır. Əsasən də evdə valideyn artıq uşağın başa düşdüyü yaşda ona cinsi tərbiyəni başa salmalıdır. 5-ci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz, onunla söhbət etmək olmaz. Digər tərəfdən bu gün 1-ci sinifdə oxuyan uşaq da internetdən, telefondan istifadə edir. Uşaqların yaşına uyğun formada cinsi tərbiyə artırılmalıdır. Bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi mövcuddur”.
Deputat Kamilə Əliyeva isə qeyd edib ki, bu gün məktəblərdə çalışan təlim-tərbiyə işləri üzrə direktor müavinləri öz işlərini layiqincə yerinə yetirə bilmirlər:
“Onlar sadəcə kabinetlərində oturmaqla işini sənəd işlərini görməklə yekunlaşmış hesab edirlər. Halbuki direktor müavinləri daim məktəbin dəhlizində olmalı, təhsil müəssisəsinin daxilində baş verən prosesləri izləməlidir. Son zamanlar məktəb daxilində bir sıra xoşagəlməz halların baş verdiyinin şahidi oluruq. Direktor və müavinləri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməlidir. Valideyn övladının məktəbə yola salır və övladı 6-7 saat orada olursa, deməli məktəb daxilində baş verən bütün hadisələrə məktəb rəhbərliyi cavabdehdir. Başqa bir nüans valideyn adı ilə məktəbə daxil olmaq istəyənlər də olur. Bu kimi xoşagəlməz hadisələrin baş verməməsi üçün məktəb daxilində ciddi nəzarət olmalıdır”.
Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, işini düzgün qurmayan direktorlar, direktor müavinləri ilə bağlı tədbirlər görülür.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti





















.jpg)







